hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

Putin müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

Putin müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

Rusiya Prezidenti Vladimir Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.

Cebhe.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Hər bir müsəlman üçün bu əlamətdar dini bayram, Qurani-Kərimin əsasını təşkil edən dindarlığın, ədalətin və mərhəmətin yüksək qonşuluq ideallarına sədaqət rəmzidir", - deyə prezident bildirib.

Putin Rusiya müsəlmanlarının ölkənin mədəni müxtəlifliyinin qorunub saxlanmasına, eləcə də cəmiyyətdəki millətlərarası harmoniyanın möhkəmlənməsinə əhəmiyyətli töhfəsini qeyd edib.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 617