hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Putin tapşırdı: Uşaqlı ailələrə birdəfəlik ödəniş ediləcək

Putin tapşırdı: Uşaqlı ailələrə birdəfəlik ödəniş ediləcək

Rusiyada 6-18 yaşlı uşaqları olan ailələrə birdəfəlik ödəniş ediləcək.

Cebhe.info xəbər verir ki, tapşırığı Rusiya Prezidenti Vladimir Putin verib.

Hər ailəyə birdəfəlik ödəniş olaraq 10 min rubl (226 AZN) veriləcək. Artıq bu barədə qərar Federal Məclisə müraicətdə yer alıb.

Vəsaitin ödənilməsi 1 sentyabr 2021-ci ilədək yekunlaşdırılacaq. Əlil məktəblilər üçün də vəsait ödəniləcək.

Vəsaiti almaq üçün ancaq ərizə yazmaq kifayət edəcək. Ərizəni həm elektron formada, həm də əlbəəl təqdim etmək mümkündür.

Bu tədbir Rusiyada uşaqlı ailələrin dəstəklənməsi məqsədi daşıyır.

Xəzər
Cebhe.info


Oxunma sayı: 1442