hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Putin və Ərdoğan Ağdamda yerləşəcək Monitorinq Mərkəzini müzakirə edib

Putin və Ərdoğan Ağdamda yerləşəcək Monitorinq Mərkəzini müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Cebhe.info xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb.

"Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin yanvarın 11-də Moskvada keçirdikləri üçtərəfli görüşün əsas nəticələri barədə məlumatlandırıb",- deyə məlumatda bildirilib.

Qeyd olunub ki, V.Putin və R.T.Ərdoğan Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi və Qarabağdakı hərbi fəaliyyətləri müzakirə ediblər.

Xatırladaq ki, Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzinin Ağdamda yerləşməsi nəzərdə tutulub. Hazırda tikinti işləri aparılır.

Cebhe.info


Oxunma sayı: 1244

Bizim Telegram səhifəmizi izləyin