hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Putin və Ərdoğan razılaşmadı: Tərəflər israr edir

Putin və Ərdoğan razılaşmadı: Tərəflər israr edir

Rusiya və Türkiyə prezidentlərinin son görüşündə tərəflər qazın qiymətinə dair razılığa gələ bilməyib.

Cebhe.info Rusiya mətbuatına istinadən bildirir ki, hələ də bununla bağlı problem qalmaqdadır.

Görüşdən sonra Putin yerli mətbuata açıqlamasında xəbəri təsdiqləyib. Bildirib ki, qazın qiyməti ilə bağlı razılıq hələ də əldə edilməyib: "Türkiyə tərəfi kommersiya məqsədi ilə bir formada israr edir, "Qazprom" isə başqa variant təklif edir”.

Rusiya prezidenti onu da vurğulayıb ki, Moskva Türkiyə bazarına böyük önəm verir və yaxın zamanda razılaşmanın əldə ediləcəyinə inanır.

Xatırladaq ki, prezidentlərin görüşü bazar ertəsi keçirilib.

Xəzər

Cebhe.info


Oxunma sayı: 2348