t Putin yeni prezident mesajı verdi: "Bir nəfərin ömürlük hakimiyyətdə qalması..."
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Putin yeni prezident mesajı verdi: "Bir nəfərin ömürlük hakimiyyətdə qalması..."

Putin yeni prezident mesajı verdi: "Bir nəfərin ömürlük hakimiyyətdə qalması..."

"Bir nəfərin müddətsiz olaraq hakimiyyətdə qalması yaxşı hal deyil və bu təcrübəyə qayıtmağa dəyməz". 

Cebhe.info xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsi veteranları ilə görüşündə deyib.  Prezidentlə görüşdə veteranlardan biri prezidentin səlahiyyətlərinin konkret zamanla məhdudlaşdırılmasından imtinaya çağırıb və bunun Konstitusiyada əks olunmasını istəyib. Ona cavab olaraq Putin bildirib ki, ölkədə prezident dəyişikliyi olacağı təqdirdə qeyri-stabllik yaranacağı ilə bağlı bəzi vətəndaşların narahatlığını yaxşı başa düşür: 

"Ancaq heç bir halda sovet təcrübəsinə qayıtmağa dəyməz. 80-ci illərin təcrübəsinə qayıtmaq narahatedicidir. O zaman ölkə rəhbələri ömürlərinin son gününə qədər hakimiyyətdə olurdu, hakimiyyətin ötürülməsini təmin etmirdi. Ən yaxşısı buna qayıtmamaqdır". 

Xatırladaq ki, Rusiyada konstitusiya dəyişikliyi hazırlanır. Hökumət artıq tam tərkibdə istefa verib və yeni baş nazir seçilib. Bəzi məlumatlara görə, yeni konstitusiyanın qəbulu ilə Rusiya hazırda Qazaxıstandakı idarəetmə modelinə keçəcək.

Xəzər
Cebhe.info


Oxunma sayı: 21803