hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Putinə Türkiyədən ilginc S-400 təşəkkürü: BİRBAŞA KREMLƏ - FOTO

Putinə Türkiyədən ilginc S-400 təşəkkürü: BİRBAŞA KREMLƏ - FOTO

Türkiyəyə S-400 raketləri göndərildiyi üçün Rusiya prezidenti Vladimir Putinə qeyri-adi formada minnətdarlıq edilib.

Cebhe.info xəbər verir ki, türkiyəli qənnadçı S-400-lərin əvəzinə Putinə börək adlanan ənənəvi türk şirniyyatı göndərib.

Həsən Acar adlı qənnadçı bildirib ki, börəyi hazırladığı zaman yüzlərlə insan onu izləyib: “Onlar da bu minnətdarlığa qoşuldular”.

Ən çox təəccüblənən isə börəyi göndərmək üçün təhvil alan karqo şirkəti olub.

Onlar “Moskva, Kreml sarayı, Putin” yazılmış ünvanı görəndə çox təəccübləniblər.

Şirniyyatı hazırlayan bursalı usta Həsən Acar isə uzunluğu 2023 metr olan böyrəyilə bundan əvvəl Ginnesin “Rekordlar kitabı”na düşüb.

Xatırladaq ki, hər iki tərəf S-400-lərin artıq Ankaraya göndərildiyini təsdiqləyib.

Xəzər
Cebhe.info


Oxunma sayı: 5875