hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Putinin ən yaxın adamlarının adı "qara siyahıda"- Ağ Evdə xüsusi iclas

Putinin ən yaxın adamlarının adı "qara siyahıda"- Ağ Evdə xüsusi iclas

ABŞ Putinin ən yaxınındakı insanlara qarşı sanksiyalar hazırlayır.

Cebhe.info xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

Nəşr bildirib ki, Co Baydenin administrasiyası Rusiyanın seçkiyə müdaxiləsinə sanksiyalarla cavab verməyə hazırlaşır.

Cavab tədbiri həm də müxalifət lideri Aleksey Navalnının həbsinə görədir. Buna görə də bütün bunlara cavab olaraq yeni sanksiya siyahısında Putinin yaxın ətrafı da yer ala bilər.

Bundan başqa, ABŞ növbəti dəfə rusiyalı diplomatları "arzuolunmaz şəxs" elan edəcək. Bunlar diplomat adı altında işləyən kəşfiyyat əməkdaşlarıdır.

"Qara siyahı"ya salınacaq namizədlər arasında seçkiyə müdaxilədə adı hallanan agentliklər də var. Nəşr yazır ki, Ağ Evin yüksək vəzifəli şəxsləri bu yaxınlarda sanksiyalarla bağlı xüsusi iclas keçirəcəklər.

Xəzər

Cebhe.info


Oxunma sayı: 870