hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Putinin İrəvana səfəri ilə bağlı qaranlıq MƏQAM - ŞƏRH

Putinin İrəvana səfəri ilə bağlı qaranlıq MƏQAM - ŞƏRH

Oktyabrın 1-də İrəvanda Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələrin Ali Şurasının iclası keçiriləcək. 

Bu tədbirdə birliyə üzv ölkələrin prezidentlərinin iştirakı gözlənilir. Rusiya Prezidenti Vladimir Putinin də Ermənistana səfər edəcəyi xəbəri yayılıb. Lakin bu məlumat hələlik rəsmi səviyyədə təsdiqini tapmayıb. 

Media nümayəndələrinin “Vladimir Putin Ermənistana gələcəkmi” sualına Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin “Jurnalistlərdə başqa məlumat varmı”sualı ilə cavab verib. 

“Məndə başqa məlumat yoxdur. Biz oktyabrın 1-də burada Avrasiya İqtisadi Birliyi Ali Şurasının iclasının keçirilməsini nəzərdə tuturuq. Bu tədbir isə prezidentlər səviyyəsində baş tutacaq” - diplomat belə deyib. 

“Rusiya prezidentinin oktyabr ayında Ermənistana səfərini gözləməyə dəyərmi” - sualına isə Kopırkin qısaca olaraq “Bu lazımdır”, -cavabını verməklə kifayətlənib. 

Qeyd edək ki, Vladimir Putinin oktyabrın 1-də Ermənistana gəlib-gəlməyəcəyi mövzusu son günlər Ermənistan KİV-lərində son günlər tez-tez müzakirə olunur. 

Yəni Rusiya prezidentinin İrəvana səfərini təxirə salmaq ehtimalı var. 

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan da Prezident Putinin Ermənistana gələcəyini təsdiq etməyib. “Avrasiya İqtisadi Birliyinin İrəvanda keçiriləcək sammiti  dövlət başçılarının birgə qərarıdır. Biz Rusiya prezidentini İrəvana dəvət etmirik ki, o da bunu qəbul etsin və ya imtina etsin”, - Şavarş Köçəryan belə deyib.

Ermənistan mətbuatı isə bu məsələ barədə belə yazır: “Güman etmək olarmı ki, Putinin İrəvana səfəri dəqiqləşdirilməyib, yoxsa “Məxməri inqilab”dan sonra Ermənistana ilk səfərinin baş tutacağı məlum deyil? Ermənistanın müxalifət mətbuatı Putinin yeni Ermənistan hökumətindən narazı olduğunu və bu səbəbdən İrəvana getməyə hazırlaşmadığına dair  tezisi ortaya atır. Robert Köçəryanın işi barədə də danışırlar. Guya Putin həbsxanada onu ziyarət etmək istəyir. Heç də gözəl olmayan bir mənzərə alınır. Putin faktiki olaraq, Köçəryanı  azad edə bilmir, ona həbsxanada baş çəkərkən səviyyə aşağı düşür. Əslində, vəziyyətə və Putinin səfərinə bu rakursdan baxmaq qeyri-ciddi olar”, - deyə erməni mediası yazır.  

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 2157