hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.8816
  • NEFT - 57.98
  • clouds-weather

Putinin “işğal fərmanı” – “Kreml Donbasa qoşun yeridəcək”

Putinin “işğal fərmanı” – “Kreml Donbasa qoşun yeridəcək”

“Putin dünən fərman verdi ki, Ukraynanın şərqində qurduğu qondarma "respublikalar”da yaşayan əhaliyə sürətlə Rusiya pasportu paylansın. Abxaziya və Cənubi Osetiyada etdiyini indi Ukraynada təkrarlayır, Donbasın işğalına hazırlaşır”.

Cebhe.info xəbər verir ki, bunu ReAl Partiyasının sədr müavini Natiq Cəfərli deyib. N.Cəfərli qeyd edib ki, əgər ABŞ Venesuelaya birbaşa hərbi müdaxilə etsə, Rusiya açıq şəkildə Donbasa qoşun yeridib işğal edəcək və sonra bunu referendumla rəsmiləşdirəcək:

“Bəzi məlumatlara görə bizim şimal rayonlarımızda da Rusiya əhaliyə öz pasportunu paylayır. Əlaqədar dövlət qurumları bu məsələni ciddi yoxlamalı, bizdə ikili vətəndaşlığın qadağan olunduğunu əsas gətirərək Rusiya pasportu alanları müəyyən edib onları seçim qarşısında qoymalıdırlar - ya Rusiya vətəndaşlığından imtina etməli, ya da Azərbaycanda miqrasiya qaydalarına uyğun qeydiyyatdan keçib yaşamalıdırlar. Bu çox ciddi məsələdir, tezliklə həll olunmalıdır, ölkə üçün, dövlətçilik üçün böyük təhdiddir, Anadolu türkləri demiş, bir “beka” məsələsidir. “At izinin it izinə qarışdığı” indiki dünyada hər bir provokasiyaya hazır olmalıyıq. Şimal qonşumuz küncə sıxıldıqca ətrafına daha aqressiv şəkildə təzyiqləri artıracaq”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1265