hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Putinin "qırmızı xətt"i haradan başlayır? - “Özü o xətti yaradıb, özü də keçir” - RƏY

Putinin "qırmızı xətt"i haradan başlayır? - “Özü o xətti yaradıb, özü də keçir” - RƏY

Bir neçə gün öncə Belarusda Prezident Aleksandr Lukaşenko və ailə üzvlərinə sui-qəsd planlaşdıran iki nəfərin Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən Moskvada həbs olunduğu barədə məlumat yayılıb.

A. Lukaşenko və Rusiya planın arxasında ABŞ-ın dayandığını iddia edir. Bu iddiadan sonra Rusiya Prezidenti Vladimir Putin Federal Məclisdə müraciətində bildirib ki, Rusiya bütün dünya ilə dostluq münasibətləri istəyir, amma kimsə bunu zəiflik kimi qəbul edərsə, cavabın cəld və sərt olacağını bilməlidir:

"Bizim kifayət qədər səbrimiz, məsuliyyətimiz və sağlam düşüncəmiz var. Ancaq ümid edirəm ki, heç kim qırmızı xətti keçməz. Və bunun harada baş verəcəyini özümüzü müəyyənləşdirəcəyik. Rusiya heç kimlə körpüləri yandırmaq istəmir, amma lazım olan anda, cavabımız asimmetrik, sürətli və sərt olacaq. Onlar peşman olacaqlar".

Maraqlıdır ki, Putin qırmızı xətt dedikdə nəyu nəzərdə tutur və Kreml üçün qırmızı xətti keçid nə zaman yetişə bilər?

Cebhe.info-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, rəsmi Putinin bu mövqeyi psixoloji təzyiq üsludur ki, bunu da hər zaman edib:

"Ruslar həmişə qırmızı xətt müəyyənləşdiriblər və özləri də o qırmızı xətti keçməklə məşğul olublar. Rusiya Krımı, Donbası, Luqanskini işğal etməyəydi, Gürcüstanı ovucuna almayaydı, post-sovet məkanında bir sıra milli münaqişələri yaratmayaydı. Məgər, qırmızı xətt təkcə ruslar üçündür? Hər bir xalqın özünün qırmızı xətti var. Amma Putin misal da çəkərək, ələsalıcı tonda, başqalarını aşağılayaraq qırmızı xətlərinin üstünlüyündən danışır. Olsun, qırmızı xətləri özləri müəyyənləşdirsin. Amma unutmasınlar ki, dünyanın başqa gücləri də var. Yaxşı ki, dünyada güc sahibi yalnız Rusiya deyil və onlar da öz qırmızı xətlərini müəyyənləşdirirlər”.

Politoloq bildirib ki, qırmızı xətt subyektiv anlayışdır:

“Hər bir xalqın qırmız xətti var. Sözdür də, deyir. Burada daha çox psixoloji təzyiq, psixoloji qorxutma, meydan oxumaq cəhdi var".

Naibə
Cebhe.info


Oxunma sayı: 1739