hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Putinin sabiq müşaviri: “Rusiyanın Azərbaycana ciddi marağı yoxdur, Ermənistandan fərqli olaraq…”

Putinin sabiq müşaviri: “Rusiyanın Azərbaycana ciddi marağı yoxdur, Ermənistandan fərqli olaraq…”

Liberalizmin iddia olunan böhranı, onun ideyaları və reallıqda həyata keçirilməsi ilə bağlı müzakirələr bu gün bir çox dünya nəşrlərinin səhifələrində yer alır.

Haqqın.az müasir liberalizmin atası Fransis Fukuyama və neokonservatizmin görkəmli nümayəndəsi Aleksandr Duqin arasında qiyabi müzakirə üçün bir platforma açaraq, bu mövzuya toxunub.

Bu dəfə Qərbin son onilliklərdə sanki özəlləşdirdiyi bu fəlsəfi və ictimai-siyasi cərəyanın taleyi Rusiya prezidentinin keçmiş müşaviri Andrey İllarionov ilə müzakirə olunacaq.

Haqqin.az saytı ilə söhbətində İllarionov ilk növbədə ideoloji cərəyan kimi liberalizmin təbii ki, Rusiyadan da yan keçmədiyini vurğulayıb. Üstəlik, bu cərəyanı-liberalizmi qəbul edən insanların bir çoxu indi də Rusiyanın bir çox hakimiyyət strukturlarında çalışır.

“Əslində, liberalizmin böhranı ilə bağlı hazırkı mətbuatda dərc edilən məqalələr çaşqınlıqdan başqa heç nə yaratmır. Məsələn, Vladimir Volfoviç Jirinovski partiyasını liberal demokratik adlandırır, eyni zamanda bəzi digər rus siyasətçiləri kimi liberalizmin çökdüyünü göstərir. Bəs niyə o "liberal demokratik" adından imtina etmir?”,-İllarionov deyib.

Keçmiş prezident müşavirinin sözlərinə görə, vətəndaş hakimiyyətdə olana qədər, müəyyən bir cərəyana mənsubluğunu dedikləri, danışdıqları ilə müəyyənləşdirir. “Və biz bunları sola, yaxud saga aid edirik. İkinci meyar, müəyyən bir vəzifəyə seçilən və ya təyin edilən siyasətçinin fəaliyyətə başladığı zaman ortaya çıxır. Ancaq əslində insan bütün ömrünü deyirsə ki, "mən liberalizmin tərəfdarıyam", əvəzində isə Maliyyə və İqtisadiyyat naziri olanda vergiləri artırmağa, gömrük rüsumlarını və müxtəlif gömrük dərəcələrini qaldırmağa başlayır, bu zaman onun liberalizmlə əlaqəsi olmadığı üzə çıxır. Çünki bu adamın özü də liberalizmin nə olduğunu başa düşmür»,-İllarionov bildirib.

Onun sözlərinə görə, çoxları liberalizmi, bu sözün mənasına varmadan nəsə başqa bir şey kimi başa düşürlər.

“Məsələn, 20 il əvvəl liberalizmi Vladimir Putinin bir növ bazar iqtisadiyyatı kimi qavradığı vaxtlar olsaydı və kimsə ona liberalizmin öldüyünü söyləsəydi, bunu başa düşməzdi. Daha geniş şəkildə deyim. 6 mart 2000-ci ildə Putin İvanovoda toxucular qarşısında çıxışında bilirsiniz nə danışdı? Azad iqtisadiyyat haqqında. İndi Rusiya Federasiyasının prezidentinin sərbəst iqtisadiyyatı müzakirə etməsini təsəvvür etmək sadəcə mümkün deyil»,-İllarionov deyib.

Putinin keçmiş müşavirinin sözlərinə görə, hər bir insanın dünyagörüşündə təkamül, dəyişiklik baş verir, amma müasir Rusiyada siyasətçilərin zehnində bu çox tez baş verir. İş ondadır ki, liberalizm öz-özlüyündə heç yana getməyib, sadəcə onun qavranılması konyunkturası dəyişib. Hətta bugünkü Avropada belə klassik liberallar qalmayıb.

Hərçənd, onlar ümumiyyətlə orada olmayıblar. Sadəcə Avropada liberalizm elementləri olan bir cəmiyyət modeli qurulub. XX əsrin Qərb siyasətçilərindən Marqaret Tetçer və Ronald Reyqan liberalizmə az və ya çox yaxın hesab edilə bilər.

Hazırkı hakimiyyətlərdəki liberallar isə sadəcə Qırmızı Kitaba düşə bilərlər. Ancaq buna baxmayaraq, hər şey dəyişir, dünya da dəyişir. Bu gün Rusiyada heç kim planlı bir iqtisadiyyat modelini, malların kütləvi qıtlığını, xaricə getməyə qadağa, tək partiyalı sistem və s. istəmir. Hətta Putin də bunu istəmir. Başqa bir məsələdir ki, əhalinin müəyyən təbəqəsinin dövlətin ətrafındakı iri biznesdəki təmsilçiliyi, iqtisadiyyata fəal müdaxilə və s. qalır.

Lakin belə tədbirlərin nəticələri onların iqtisadi cəhətdən səmərəsiz olduğunu göstərir. Məsələn, Rusiyada 2000-ci illərin əvvəllərində əksər neft şirkətləri özəl olanda, neft hasilatı ildə 7-8% artdı. İndi isə cəmi 1% artmaqdadır. Bununla yanaşı Rusiyada iqtisadi artım kəskin şəkildə azaldı. İndi artım 1-0,3 faiz arasındadır, 2007-ci ilə qədər isə iqtisadi artım 6-8% -ə çatırdı.

İllarionov daha sonra bildirib: “Tarixi gedişata nəzər salsaq, orada həm liberal cərəyanın yüksəlişini, həm də azalmasının olduğunu görəcəyik. Və 2004-cü ildən bəri dünyada siyasi azadlıqlar yenidən azalmaqdadır. Keçən əsrin 90-cı illərində polisin etirazçılara qarşı qeyri-insani münasibətini çətin təsəvvür edə bilərdinizsə, indiki dövrdə bu adi hala çevrilib. Bu gün üçün dünyada jurnalistlər 20 il əvvəl yazdıqları kimi məqalələri dərc edə bilirlərmi?

Birincisi, ötən əsrin 80-90-cı illərində dünya daha liberal idi, ikincisi, kifayət qədər iqtisadi azadlıqlar var idi. İndi də dünyanın hər yerində hakimiyyəti sərt olmağa məcbur edən siyasi böhranların, ticarət müharibələrinin şahidi oluruq. Ancaq bu müvəqqətidir. Düşünmürəm ki, demokratik tənəzzül uzun sürəcək. Belə bir ictimai-siyasi hadisələr əvvəllər də var idi: məsələn, ötən əsrin 20-30-cu illərdən 40-cı illərə qədər Hitler, Mussolini, Stalin, Franko və başqaları kimi siyasətçilər dünyada ilk skripka çalmağa başlayanda tənəzzül baş verirdi. İndi başqa bir demokratiyanın tənəzzülü ilə qarşılaşırıq.

Bu gün dünyada çox gözlənilməz hadisələr baş verir, buna görə də mövcud tənəzzülün başa çatması üçün müəyyən tarix söyləmək çətindir. Eyni zamanda liberalizmin çökməsi barədə danışmağa da dəyməz. Məsələn, ərəbləri deyək - niyə Səudiyyə Ərəbistanına və Fars körfəzinin digər zəngin ölkələrinə getmirlər, axı orada dil eynidir, yaşayış yeri, iqlimi və bir çoxunda həyat səviyyəsi eyni, Avropadakından daha yüksəkdir. Əvəzində onlar Avropaya üz tuturlar?

Sovet İttifaqının və onun ideologiyasının tərəfdarı deyiləmsə də, etiraf etməliyik ki, klassik diktaturalardan fərqli olaraq, orada qərarlar kollektiv şəkildə qəbul edilib. Heç olmasa Əfqanıstana olunan müdaxilələrə, Siyasi Büroda bir çoxları buna qarşı idi.

Azərbaycana gəldikdə deyə bilərəm ki, sizin respublika stabil inkişaf edir və şanslısınız ki, ölkənizə Rusiyanın hansısa qlobal maraqları yoxdur, xristian Ermənistanı və Gürcüstanı haqda isə bunları demək olmaz. Əgər siz Qərbin tərəfinə kəskin dönüş etsəniz də, heç kim sizinlə incik tonlarda danışmayacaq, çünki siz ideoloji və dini baxımdan yadsınız. Ancaq ukraynalıların, gürcülərin, ermənilərin, belarusların Qərblə yaxınlaşması Rusiyada xəyanət hesab olunur, çünki Rusiya əmindir ki, hamı ona borcludur və yalnız onun göstərdiyi istiqamət üzrə getməlidir.”

Cebhe.info


Oxunma sayı: 947