hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Putinin və Kabayevanın Gəlincikdəki dəbdəbəli malikanəsi: Navalnının paylaşımına Kremldən cavab

Putinin və Kabayevanın Gəlincikdəki dəbdəbəli malikanəsi: Navalnının paylaşımına Kremldən cavab

Rusiya Prezidenti Vladimir Putinin Rusiyada Qara dənizin sahilində, Gəlincikdə dəbdəbəli malikanəsinin olması barədə xəbərlərə Kremldən cavab gəlib.

Cebhe.info xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peksov xəbəri təkzib edib və çoxdan uydurulan yalan olduğunu bildirib: "Bu, oxunmuş plastinkadır. Neçə il əvvəl də izah etdik ki, Putinin Gəlincikdə heç bir malikanəsi yoxdur".

Xatırladaq ki, bu malikanə ətrafında qalmaqal uzun illərdir ki, davam edir. Hətta orada Putinin idmançı sevgilisi Alina Kabayeva ilə birgə dincəldiyinə dair də xəbərlər var.

Bu dəfə isə malikanəni Almaniyada müalicədən qayıtdıqdan sonra hava limanında həbs olunan Rusiya müxalifətinin lideri Aleksey Navalnı gündəmə gətirib.

Xəzər

Cebhe.info


Oxunma sayı: 9087