hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

Putinin xəstəxanaya gəlişi sürpriz olub

Putinin xəstəxanaya gəlişi sürpriz olub

Rusiya Prezidenti Vladimir Putin gözlənilmədən çox sayda koronaviruslu xəstələrin müalicə aldığı Moskvadakı Kommunarka xəstəxanasına gəlib.

Cebhe.info xəbər verir ki, bu barədə xəstəxananın baş həkimi Denis Protsenko Rusiya hökumətinin rəsmi nəşri "Rossiyskaya qazetaya" müsahibə verib.

"Xəstəxanamızda çalışan heç kim Putini tanımayıb. Onun gəlişi gözlənilməz olduğundan bizim üçün sürpriz oldu", - deyə baş həkim qeyd edib.

Protsenkonun bildirdiyinə görə, Putin xəstəxananın reanimasiya və qəbul şöbələrində olub.

Qeyd edək ki, Putini Moskva meri Sergey Sobyanin və digər rəsmi şəxslər müşayiət edib. Onların tanınmamasına müdafiə geyimində olmaları və respirator taxmaları səbəb olub.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 3026