hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Qüdrət Həsənquliyev Oqtay Əsədova təşəkkür etdi

Qüdrət Həsənquliyev Oqtay Əsədova təşəkkür etdi

“Ənənəvi “fit müxalifəti” erməni dairələrinin dəstəyi ilə razılaşdırılmamış aksiyaya getdi və çox böyük xəyal qırıqlığına uğradı. Onlar seçkinin əleyhinədirlər”. 

Cebhe.info xəbər verir ki, bunu Milli Məclisin parlamentin buraxılması ilə bağlı keçirilən plenar iclasında çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib. 

Q.Həsənquliyev bildirib ki, Milli Məclisdə müxalifət fraksiyası olmalıdır: 

“Amma biz sivil müxalifətik və seçkilərin keçirilməsini dəstəkləyirik. Amma hesab edirəm ki, parlamentdə əsas problem hələ də müxalifət partiyalarının fraksiyasının olmamasıdır”. 

Qüdrət Həsənquliyev parlamentin spikeri Oqtay Əsədova Milli Məclisdəki fəaliyyətinə görə təşəkkürünü bildirib. 

Vilayət Muxtar 
Cebhe.info


Oxunma sayı: 529