hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Qaçqınları daşıyan rezin qayıq batıb

Qaçqınları daşıyan rezin qayıq batıb

Türkiyənin Muğla şəhərinin Bodrum rayonunda yerləşən Akyarlar sahilində rezin qayıqla Yunanıstanın Kos adasına qaçaq yolla keçmək istəyən 7 nəfərdən biri itkin düşüb.

Cebhe.info xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb.

Məlumata görə, 7 nəfərin Akyarlar sahilində mindikləri rezin qayıq zədələnmə nəticəsində batıb.

Dərhal Sahil Mühafizə Xidmətinin dalğıc-xilasediciləri axtarış-xilasetmə işləri aparmaq üçün hadisə yerinə cəlb ediliblər. Hazırda olay zamanı qayıqda olduğu ehtimal edilən 1 şəxsin axtarışları davam etdirilir.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 474