hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

QADAĞALAR BAŞLADI: 1 gün toy, 3 gün yas – Deputatlar təsdiqlədi

QADAĞALAR BAŞLADI: 1 gün toy, 3 gün yas – Deputatlar təsdiqlədi

Özbəkistanda toy və yas mərasimləri üçün yeni qaydalar təsdiqlənib. 

Cebhe.info xəbər verir ki, qərarı Ali Məclisinin Senatı təsdiq edib və beləliklə ölkədə toy və yas mərasimlərinin keçirilməsi qaydaları yeni nizamnamə ilə müəyyənləşib.

Yeni qaydalara görə, toy bir gündən artıq davam edə bilməz. Toya dəvət edilən qonaqların sayına da limit qoyulub- maksimum 200 nəfər. Toyu qız və oğlan tərəfi birgə edərsə, qonaq sayı maksimum 300 ola bilər. 

Toy karvanında  3-dən artıq maşın olması qadağandır. Bu zaman ancaq lisenziyası olan maşınlardan istifadə edilməlidir. Lisenziya müvafiq orqan tərəfindən veriləcək. 

Toy barədə yerli hakimiyyət orqanlarına əvvəlcədən xəbər vermək tələbi də var. 

Toy mərasimi ən geci axşam saat 23.00-da başa çatmalıdır. Əlavə xərc tələb edən mərasimlər də  artıq qanunla qadağan edilib.

Həmçinin yas mərasimləri ilə bağlı da yeni qaydalar qüvvəyə minir. Belə ki, mərhum üçün yeddi, cümə axşamları, 20 gün, 40 gün, il mərasimlərinin keçirilməsinə icazə verilməyəcək. Yas mərasimi ancaq ilk 3 gün təşkil olunacaq. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 2916