hava haqqindaBakı
Bu gün -6 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0686
  • NEFT - 66.54
  • clouds-weather

Qadağalardan şikayətlənən Xalq artistinə TƏBİB-dən GECİKMİŞ CAVAB

Qadağalardan şikayətlənən Xalq artistinə TƏBİB-dən GECİKMİŞ CAVAB

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Xalq artisti Tünzalə Ağayava TƏBİB-ə müraciət edərək mədəniyyət və incəsənət sahəsində olan qadağaların 1 ildir ki, davam etməsindən şikayətlənib.

"Hörmətli TƏBİB, pandemiya boyu bütün qaydalara riayət edən və "evdəqal” kampaniyasının təbliğatçılarından olan Xalq artisti kimi sizə müraciət edirəm. Qonşu Türkiyə və Rusiya kimi ölkələrin sənətçilərinin pandemiya dövründə bəlli çərçivədə də olsa, fəaliyyətlərini görürük. Nə vaxta qədər bizdə Mədəniyyət, İncəsənət Sahəsinə qarşı qadağalar davam edəcək?!", - deyə o bildirib.

TƏBİB-dən Cebhe.info-nun sorğusuna cavab olaraq qeyd olunub ki, karantin rejiminin qaydalarını birmənalı şəkildə TƏBİB müəyyənləşdirmir, bu istiqamətdə qərarları Nazirlər Kabineti yanında Operativ Qərargah tətbiq edir.

Naibə
Cebhe.info


Oxunma sayı: 1178