t Qadağan edilən yağla bağlı Cebhe.info-nun xəbərinə “Araz”dan reaksiya: “Bütün marketlərdə satılır”
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Qadağan edilən yağla bağlı Cebhe.info-nun xəbərinə “Araz”dan reaksiya: “Bütün marketlərdə satılır”

Qadağan edilən yağla bağlı Cebhe.info-nun xəbərinə “Araz”dan reaksiya: “Bütün marketlərdə satılır”

"Məlumat üçün bildirim ki, “Rivera” hər hansı bir zeytun yağı markası deyil, zeytun yağının sıxılma növünü qeyd edən bir termindir". 

Bunu Cebhe.info-nun "Bakıda məşhur marketdə həyat üçün təhlükəli yağ satılır - "QADAGA POZULUR - FOTOFAKT" başlıqlı xəbərinə reaksiyasında "Araz" supermarketlər şəbəkəsinin PR meneceri Billurə Əmirova deyib. 

"Zeytun yağlarının bir neçə növü var. "Extra virgin" soyuq sıxma-salatlar, soyuq qəlyanaltı və daxilə qəbul üçün istifadə olunur. "Rivera" ikinci sıxmadır, isti yeməklərdə istifadə olunur. Pomace zeytun dənəsindən sıxılan yağ növüdür. Pomace 3-cü növ zeytun yağı sayılır və "Araz" supermarketlər şəbəkəsi olaraq biz onu idxal etmirik. 

Zeytun yağının “Rivera” növü isə təkcə "Araz" marketlərdə deyil, bütün marketlərdə satılır. Ölkəmizdə adıçəkilən növün qadağası ilə bağlı bizə rəsmi heç bir bildiriş daxil olmayıb. Qeyd edim ki, idxal məhsullarının hər partiyası mütləq müvafiq yoxlanışdan keçiriləndən sonra satışına icazə verilir", - deyə Billurə Əmirova bildirib. 

Vilayət Muxtar 
Cebhe.info


Oxunma sayı: 4192