hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Qadın evdən pul və qızıl üzüklər oğurladı

Qadın evdən pul və qızıl üzüklər oğurladı

Bakıda 37 yaşlı qadın evdən pul və qızıl üzüklər oğurlayıb.

Hadisə sentyabrın 16-da Suraxanı rayonu, Hovsan qəsəbəsi, Çöllük küçəsində baş verib. Belə ki, həmin ərazidə yaşayan T.Cəlilzadəyə məxsus evdən günorta saatlarında 500 manat pul və 400 manat dəyərində 2 ədəd qızıl üzük oğurlanıb.

Suraxanı Rayon Polis İdarəsinin 30-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirlər nəticəsində hadisəni törətməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Y.Bünyatova saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, 37 yaxşlı qadın daha əvvəl Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı araşdırma aparılır. (report)

Cebhe.info


Oxunma sayı: 419