hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Qadın hüquqları İctimai Fikir Akademiyasında - FOTOLAR

Qadın hüquqları İctimai Fikir Akademiyasında - FOTOLAR

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) yanında fəaliyyət göstərən İctimai Fikir Akademiyası (İFA) növbəti müzakirəsini keçirib. 

Cebhe.info xəbər verir ki, gender bərabərliyinə həsr olunan ictimai müzakirənin ekspertləri hüquq müdafiəçiləri Novella Cəfəroğlu və Sədaqət Paşayeva olub.

Müzakirə zamanı ölkədə gendər bərabərliyi ilə bağlı vəziyyət, qadın hüquqları, qadınların ictimai sektorda, aktiv ictimai-sosial və iş həyatında üzləşdikləri problemlər müzakirə olunub.

Tədbirdə həmçinin ölkədə cərəyan edən son ictimai-sosial-siyasi proseslər, islahatlar və bu proseslərdə qadınların rolu da müzakirəyə çıxarılıb. 

Hüquq müdafiəçiləri vurğulayıblar ki, dövlət idarəçiliyində qadınlara daha çox imkanlar yaradılmalı, onlar yüksək vəzifələrdə daha çox təmsil olunmalıdırlar.

Cebhe.info


Oxunma sayı: 1651