hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

"Qalatasaray" BOS-da məşqə çıxdı

"Qalatasaray" BOS-da məşqə çıxdı

Türkiyənin "Qalatasaray" komandası Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəyi matçdan öncə son məşqinə çıxıb.

"Report" xəbər verir ki, oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda baş tutan hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.

Məşqi klubun vitse-prezidenti Abdurrahim Albayrak da izləyib. O, "Neftçi"nin prezidenti Kamran Quliyevlə görüşərək söhbətləşib.

Qeyd edək ki, sentyabrın 17-də keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 20:00-da başlayacaq.

Cebhe.info


Oxunma sayı: 1354