hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

"Qalatasaray"ın vitse-prezidenti: "İki qardaş ölkənin komandası üz-üzə gələcək"

"Qalatasaray"ın vitse-prezidenti: "İki qardaş ölkənin komandası üz-üzə gələcək"

"İki qardaş ölkənin qardaş komandası üz-üzə gələcək".

Bunu Türkiyənin "Qalatasaray" klubunun vitse-prezidenti Abdurrahim Albayrak UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəkləri matç barədə danışarkən deyib.

Klub rəsmisi növbəti mərhələyə yüksələcəklərinə inandığını bildirib: "Allahın köməyi ilə mərhələni keçib, Türkiyəyə qayıdacağıq".

Albayrak komandada yeni oyunçuların olduğunu sözlərinə əlavə edib: "Hazır olmayan futbolçular var. Radamel Falkao, Arda Turan, Taylan Antalyalı və bir çox oyunçu mövsümə yaxşı başlayıblar".

Vitse-prezident yeni transferlərin hələ ki, heyətə düşə bilmədiyini vurğulayıb: "Yeni transferlərimiz və komandadan gedənlər olacaq. Futbolçu almaq qədər satmaq da önəmlidir, Əlimizdən gələni edirik".

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq/Report.

Cebhe.info


Oxunma sayı: 980