hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

Qalmaqallı sənəd bu il qəbul oluna bilər - Beynəlxalq təşkilatlarla razılaşmalar aparılır

Qalmaqallı sənəd bu il qəbul oluna bilər - Beynəlxalq təşkilatlarla razılaşmalar aparılır

Rəqabət Məcəlləsinin qəbul edilməsi “Strateji yol xəritəsi”ndə 2019-2020-ci illərdə nəzərdə tutulub.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, hazırda sənəddə bəzi dəyişikliklər edilir:

“Mənim aldığım məlumata görə, hazırda bunun üzərində iş gedir. Milli Məclis tərəfindən keçən iki oxunuşa bəzi dəyişikliklər edilir. Həmçinin, beynəlxalq maliyyə qurumları ilə razılaşmalar aparılır”.

Deputat qeyd edib ki, Rəqabət Məcəlləsi mütləq qəbul edilməlidir:

“Çünki bu, “Strateji yol xəritəsi”ndə Prezident İlham Əliyev tərəfindən təsdiq edilib. Amma hələlik Milli Məclisə daxil olmayıb. İslahatların ciddi və kompleks şəkildə aparıldığı indiki halda Məcəllənin qəbul olunması mütləqdir. Bu, hazırda bazarda vəziyyəti normallaşdırmaq üçün çox vacibdir. Biz çalışacağıq ki, 2019-cu ildə Rəqabət Məcəlləsi qəbul olunsun. Fikir verirsinizsə, son vaxtlar bazarda ciddi problemlər, bəzi məhsulların qiymətləri ilə bağlı narazılıqlar yaranıb. Rəqabət Məcəlləsi qəbul olunacağı təqdirdə, bu kimi problemlərin həlli mümkün olacaq”.

Cebhe.info


Oxunma sayı: 613