hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Qan üstündə hakimiyyət: Köçəryan bunun anonsunu verdi

Qan üstündə hakimiyyət: Köçəryan bunun anonsunu verdi

“Ermənistan” blokunun lideri, keçmiş prezident Robert Köçəryan iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra insanların küçələrə çıxacağını və toqquşmaların baş verə biləcəyini istisna etməyib.

Cebhe.info-nun məlumatına görə, R.Köçəryan mətbuata açıqlamasında belə fikir söyləyib.

Bu, əlbəttə ki, hadisələrin qətiyyən arzuolunmaz variant olsa da, onu tamamilə inkar etmək olmaz”-Köçəryan belə deyib.

Eks-prezident hesab edir ki, hər şey nəticələrdən və cəmiyyətin bu nəticələrə necə etimad göstərməsindən asılı olacaq. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da seçkilərdən sonra qarşıdurmanın baş verəcəyini bildirib:

“Təhqir və kəskin qarşıdurma ilə dolu hazırkı seçkiqabağı təşviqat yalnız qığılcımdır. Seçkidən sonra irəliləyişlər, toqquşmalar olacaq, iki əsas tərəf hər şeyə hazırdır”,- deyə Ter-Petrosyan bəyan edib.

Konfliktoloq Əvəz Həsənov Cebhe.info-ya açıqlamasında seçkilərdən dərhal sonra Ermənistanda qarşıdurmanın yaranacağı barədə proqnozların reallığı əks etdirdiyini dedi:

“Köçəryanın açıqlaması proqnozadan daha çox rəqiblərinə hədə-qorxu gəlməyə hesablanıb. Köçəryan yaxşı başa düşür ki, Ermənistanda vaxtilə onun korrupsioner hakimiyyətindən yaxa qurtaran insanlar ikinci dəfə ona səs vermək istəməyəcəklər. Onun keçmiş, “vurulmuş” oliqarxlardan ibarət öz elektoratı var.

Ancaq Paşinyanın elektoratı kasıb və əzilmiş təbəqədir. Bu təbəqənin nümayəndələri öz övladlarının Qarabağ kimi qanlı meydandan qorumaq istəyənlərdən ibarətdir. Paşinyan qarşıdurmanın baş verməsində maraqlı deyil.

Çünki hakimiyyət onun nəzarəti altındadır. Paşinyan cüzi səs fərqi ilə hakimiyyəti yenidən əldə edə bilər. Güc strukturlarına malik olmasına baxmayaraq, hazırkı Baş nazir qarşıdurmaya getmək istəmir. Böyük ehtimalla 20 iyundan sonra ola bilər ki, Ermənistanda insanlar öz haqları uğrunda küçəyə çıxsınlar və Köçəryan da bundan istifadə etsin.

Ona görə də Ermənistanın xəbərdarlıq edən lideri kimi bəribaşdan bəyan edir ki, öz siyasətinizi dəyişməlisiniz, revanşa son qoymalı, regionda sabitliyə diqqət yetirməlisiniz”.

Əvəz Həsənov bildirdi ki, aparılan rəy sorğuları son günlər Robert Köçəryanın siyasi reytinqinə görə Nikol Paşinyanı üstələdiyini göstərir. Lakin Köçəryanın qələbəsindən danışmaq hələ tezdir:

Köçəryanın reytinqinin artması mediada ona rəğbətin yüksək olması ilə bağlıdır. Çünki vaxtilə Köçəryan onları maliyyələşdirirdi. Paşinyanın ətrafında isə Qərbə bağlı olan vətəndaş cəmiyyəti institutları idi. Onlar da müharibədən sonra çaşqın vəziyyətdədir. Ona görə də Paşinyanın reytinqini hesablaya biləcək institutlar da yoxdur. Bu baxımdan, reytinq məsələsində Köçəryan irəli çıxa bilir. Ancaq Köçəryan irəli çıxsa və seçkilərdə qalib gəlsə belə, onun hakimiyyəti formalaşdırmaq üçün digər partiyalarla əməkdaşlığına ehtiyacı olacaq. Lakin Köçəryanın buna nail olacağına inanmıram. Paşinyan bunu bacara bilərdi. Çünki bütün siyasi partiyalar dəstəyi Qərbdən alır. Rusiyaya qarşı nifrət var. Paşinyan da Qərbin dəstəyini alıb. Digər siyasi qüvvələr də Qərbin dəstəyini qazanmaq üçün yəqin ki, Paşinyanla koalisiya hökuməti qurmaq üçün daha çox maraqlı olar, nəinki Köçəryanla”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 11672