hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0234
  • EURO - 1.9961
  • NEFT - 78.14
  • clouds-weather

Qapanma olarsa:Əhalinin sosial vəziyyəti daha da pisləşə bilər

Qapanma olarsa:Əhalinin sosial vəziyyəti daha da pisləşə bilər

Mərkəzi Bankın məlumatına görə, 2021-ci ilin iyun ayında Azərbaycanda əhalinin bank əmanətləri 199,8 milyon manat azalıb.

01 iyul 2021-ci il tarixində əhalinin əmanətləri 8 milyard 435,4 milyon manat təşkil edib. Halbuki iyunun 1-də əhalinin əmanətləri 8 milyard 635,2 milyon manata çatmışdı.

Görünən odur ki, ölkə əhalisi pandemiya səbəbindən banklardakı pullarını xərcləyir.

Daha bir qapanma olarsa, iqtisadi vəziyyətin daha da ağırlaşdıracağı hər kəsi düşündürən məsələdir.

Bununla bağlı “Cümhuriyət” qəzetinə danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, pandemiyadan öncə olan əmanətlərin vəziyyətini indiki ilə müqayisəli analiz edərkən, bununla bağlı dəyişikliyin rəsmi rəqəmlərdə də olduğunu görürük: “Bu dövrdə vətəndaşların iş yerlərinin itirilməsi, gəlirlərinin azalması kifayət qədər ciddi problemlər törədib. Pandemiyadan əvvəl işsizlik 4,8 % idisə, pandemiya dövründə bu rəqəm maksimum 7, 2 %-ə qədər qalxdı. Hazırda isə 6,8 % təşkil etdiyi deyilir. İşsizlik artıbsa, işsiz qalan əhalinin gəlirləri yoxdursa, onlar əvvəlki illərdə yığdıqları vəsaitlərə yönəlməyə məcbur qalırlar. Buna görə də əmanətlərdən xərcələməyə yönəlirlər. İşsizliyin artması ilə yanaşı, insanların real gəlirləri də azalıb. İnflyasiyanın yüksək olduğunu nəzərə alsaq, bu, 4- 5 % civarında dəyişir. Rəsmi rəqəmlərlə belə göstərilib, amma reallıqda daha çox olduğunu görə bilirik. İnflyasiyanın yüksək olması real gəlirlərin azalmasına səbəb olur. Yəni tək işsizlik problemi deyil, gəlirlərin də azalması insanların sosial vəziyyəti, gündəlik təlabatına uyğun qazanclarına mənfi təsir göstərib. Buna görə də Azərbaycan əhalisinin bir qismi əmanətlərə yönəliblər. Yəni bundan əvvəlki illərdə topladıqları əmanətlərini xərcləməyə başlayıblar. Bir müddətdən sonra həmin imkanlar da azalsa, iqtisadi aktivlik canlanmasa, iş yerləri ilə bağlı ciddi dönüş yaranmasa və insanların real gəlirləri artmasa, bu vəsaitlərin də azalması sosial vəziyyətin pisləşməsinə gətirib çıxara bilər. Bunun şahidi ola bilərik. Bu da hökumətə ciddi siqnal olmalıdır. Düşünürəm ki, iqtisadi canlanmanın artırılması üçün təcili tədbirlər görülməlidir”. Mövzuya iqtisadçı- ekspert İlham Şaban da münasibət bildirib. O, pandemiyanın qapanma, məhdudlaşdırılma olduğunu vurğulayaraq, bunu iqtisadiyyata, insanların həyat tərzinə neqativ assosasiya olan amil adlandırıb: “2020- ci il təkcə Azərbaycanda deyil, həm də bütün dünyada iş yerlərinin sayının azalması ilə insanların “evdə qal” kampaniyasına keçid etdilər. Gəlir azaldığına görə işçilərin əmək haqqı da azaldı. Bazar iqtisadiyyatında belə bir qayda var, pandemiyada hansı dövlət iqtisadiyyatı olan ölkə vardısa, öz rezervlərini çıxardıb, xərclədi. Dövlət iqtisadiyyatı olmayan ABŞ həmişə riskli dövrdə insanlara yardım edir ki, onların alıcılıq qabiliyyəti əvvəlki dövrlə müqayisədə aşağı düşməsin. İnsanların ticarət etməsi üçün bununla da vəziyyəti stimullaşdırırlar. Mal və xidmətlər təklif edən şirkətləri stimullaşdıraraq aşağı düşmə tempini lazımı qədər azaldırlar. Ümumilikdə isə dünyadakı insanlarda kasıblaşma baş verdi. Əmək haqları azaldı. O cümlədən, ilk dəfə olaraq bizim ölkədə cari ilin əvvəlində Dövlət Statistika Komitəsinin verdiyi məlumatda əmək haqlarının 700-800 manatdan 693 manatadək azaldığı göstərilirdi. Hazırda ilin ortasınadək əmək haqları 722 manatadək yüksəlib. Buna baxmayaraq, ölkədə daim yüksələn temp olmadı. İnkişaf etmiş ölkələrdə insanlar öz gəlirinin 20% -ə qədərini ərzağa sərf edirlərsə, Azərbaycanda bunun səviyyəsi qat- qat yüksəkdir. Buna görə də insanlar əllərindəki pulu özlərinin sadəcə qida ehtiyaclarına xərclədirlər. Bir tərəfədən də banklarda olan depozitlərin həcmi azaldı. Biz gördük ki, arada pandemiya və digər risklər yarana bilər. Hazırda kredit faziləri yüksəkdir. Buna görə də iqtisadiyyatın özünün sahələrində risk dərəcələri böyükdür”.

Şəlalə Babayeva

Cebhe.info


Oxunma sayı: 540