hava haqqindaBakı
Bu gün -6 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0686
  • NEFT - 66.54
  • clouds-weather

Qaqauz lideri Ərdoğanla görüşəcək

Qaqauz lideri Ərdoğanla görüşəcək

Moldovadakı Qaqauz Muxtar Vilayətinin rəhbəri İrina Vlah Türkiyəyə rəsmi səfər edəcək.

Cebhe.info-nun məlumatına görə, İrina Vlah Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini deyib.

Tərəflər sənaye məktəbinin inşaat layihəsini həyata keçirilməsini müzakirə edəcəklər.

Xanım Vlah Türkiyənin qaqauzlara əvəzsiz dəstək verdiyini bildirib. Türkiyə ilə əlaqələrin daim inkişaf etdiyini vurğulayan Qaqauziya rəhbəri deyib:

“Prezident Rəcəb Tayyib Ərdoğanın sayəsində, Türkiyə hökuməti ilə münasibətlərimiz çox isti, səmimi dostluğa və qarşılıqlı hörmətə əsaslanır. Bu səbəbdən, görə biz ona çox minnətdarıq. Ərdoğan və komandası ilə birlikdə işləmək şansımız var. Əməkdaşlığımız nəticə verir”.

İrina Vlah Türkiyə ilə 2016-cı ildə Moldova və Türkiyə arasında Sərbəst Ticarət Sazişinin qüvvəyə mindiyini xatırladıb.

“Bu razılaşmaya əsasən, son 5 ildə Qaqauz Muxtar Vilayətindən Türkiyəyə ixracatın həcmçi 62,7 faiz artıb. Anlaşma çərçivəsində hələ böyük imkanların həyata keçirilmədiyinə əminəm”, - deyə xanım Vlah qeyd edib.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 760