hava haqqindaBakı
Bu gün +8 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.35
  • clouds-weather

Qar xərçəngi rekord qiymətə satıldı

Qar xərçəngi rekord qiymətə satıldı

Yaponiyada mövsümün əvvəlində tutulan ilk qar xərçəngi rekord qiymətə satılıb.

Cebhe.info yerli türk mətbuatına istinadən xəbər verir ki, bu ölkədə hər il mövsümün əvvəlində tutulan ilk qar xərçəngi nümayiş etdirilir və onun satışı üzrə hərrac keçirilir.

Əvvəlki illərdə olduğu kimi, hərrac Tottori limanında təşkil olunub. Yeni mövsümün ilk hərracında alıcı qar xərçənginə 5 milyon yuan (təxminən 46 min dollar) ödəyib. Belə ki, qar xərçəngin uzunluğu 14,6 santimetr, çəkisi 1,2 kiloqram ağırlığında olub.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 573