hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

"Qarabağ" Allahverdi Bağırovun məzarını ziyarət edib:Hikmət Hacıyevlə "İmarət"də futbol oynayıb - FOTOLAR

"Qarabağ" Allahverdi Bağırovun məzarını ziyarət edib:Hikmət Hacıyevlə "İmarət"də futbol oynayıb - FOTOLAR

Bu gün "Qarabağ"ın başqanı Tahir Gözəl, klubun direktoru Emrah Çelikel, baş menecer Asif Əsgərov, klubun ağdamlı əməkdaşları, sabiq futbolçular, məşqçi və futbolçu heyəti işğaldan azad olunmuş Ağdam şəhərinə yollanıb.

Cebhe.info xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komanda ilk olaraq Ağdam şəhərinin mərkəzində yerləşən Cümə məscidini ziyarət edib. Başqan Tahir Gözəl və futbolçular öz dualarını edib. Daha sonra komanda Ağdam Dövlət Teatrını ziyarət edib.

Şəhidlər Xiyabanına yollanan komanda Milli qəhrəman, "Qarabağ"ın sabiq kapitanı və baş məşqçisi olmuş Allahverdi Bağırovun məzarını ziyarət edib, ruhuna dualar oxunub.

Komandanın növbəti ünvanı Ağdam təmsilçisinə məxsus "İmarət" stadionu olub.. Prezidentin köməkçisi Hikmət Hacıyevi stadionda Tahir Gözəl qarşılayıb, futbolçular, veteran və rəhbərlik heyəti futbol oynayıb. Sonda isə klubun son çempionluq kuboku meydana gətirilib və xatirə şəkili çəkilib.

Naibə
Cebhe.info


Oxunma sayı: 1871

Bizim Telegram səhifəmizi izləyin