hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Qarabağ azad edildikdən sonra ermənilər İrəvanda da yaşamaq istəmir: “Düşmən ölkə zəifləyir”

Qarabağ azad edildikdən sonra ermənilər İrəvanda da yaşamaq istəmir: “Düşmən ölkə zəifləyir”

Bizim ata-baba torpaqlarımızdan çıxmamaq üçün hər şeyi edən ermənilər öz ölkələrində qalmaq istəmirlər. Ermənistanda növbədənkənar parlament seçkiləri kampaniyası dövründən əsas mövzulardan biri də emiqrasiyadır. Uzun illərdir Ermənistandan insanların kütləvi köçü var. Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsindən sonra bu köç daha da sürətlənib və bnun müxtəlif səbəbləri var.

Hələ bu ilin əvvəlində erməni KİV-ləri xəbər verirdi ki, Qarabağın itirilməsinə görə Ermənistanda ət və südün qiymətləri qalxacaq. Buna səbəb Qarabağın işğaldan azad edilməsiylə otlaq sahələrinin ermənilərin nəzarətindən çıxmasıdır. Həmçinin Qarabağda illərlə erməni şirkətlərinin təşkil etdiyi ekoturizm imkanı da sıfıra enib. Bu da Ermənistanda sosial-iqtisadi vəziyyəti çətinləşdirir və onsuz da kasıb vəziyyətdə yaşayan sıravi erməninin belə qazanc arxasında ölkəsini tərk etməsinə səbəb olur.

Ermənistan mətbuatının yazdığına görə, rəsmi statistikaya əsasən, müstəqilliyin əldə edilməsindən sonra ölkənin əhalisi yarım milyon – rəsmi olara 553 000 nəfər azalıb. Qeyd edilir ki, hazırda ölkə əhalisi 2,9 milyon nəfər təşkil edir. Təbii, bu say yalnız miqrasiyanın həcmini əks etdirmir, həm də əhalinin mənfi təbii artımının göstəricisidir. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın sözlərinə görə, İkinci Qarabağ müharibəsinin gedişatında ölənlərin sayı təxminən 3 700 nəfər təşkil edib. 2020-ci il ərzində emiqrasiya haqqında məlumatlara gəlincə, sərhədlərin bağlı olması səbəbindən bu göstərici praktik olaraq sıfır idi. Amma rəsmi məlumata görə, cari ilin yanvar-mart aylarında Ermənistanı 127 338 vətəndaş tərk edib, ölkəyə 63 625 nəfər gəlib. Beləliklə, üç ay ərzində ölkədən 63 713 nəfər həmişəlik gedib.

Cebhe.info-ya açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Qarabağ müharibəsini uduzandan sonra Ermənistandan köç sürətlənib:

“Ermənilər Qarabağ müharibəsində ağır məğlubiyyətlə üzləşdilər və xeyli itkiləri oldu. Müharibədən qabaq da Ermənistanı tərk edənlərin sayı az deyildi. Müharibədən sonra bu, daha da sürətlənib. Bunun da tək səbəbi var ki, gələcək üçün prespektiv görmürlər. Ona görə də hara mümkündürsə köçürlər. Avropa ölkələrinə köç o qədər də asan deyil. Daha çox Rusiyada fəhləlik etməyə gedirlər. Qarabağdan da ermənilərin köçü sürətlənib. Biz ona ümid edə bilmərik ki, Qarabağ boşalacaq, Qarabağdan ermənilər özləri gedəcək. Bizim öz məqsədimiz Qarabağı tam nəzarətə almaq, Zəngəzur dəhlizi açmaqdır. Bununla paralel Ermənistandan və Qarabağdan ermənilərin köçü sürətlənsə, bu, bizim xeyrimizədir. Düşmən ölkə zəifləyir. Ümid edək ki, bu proseslər bizim xeyrimizə nəticələnər”.

Əbülfət Baxşəli
Cebhe.info


Oxunma sayı: 3576