hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

"Qarabağ" - "Düdelanj" matçının biletləri sabahdan satışda olacaq

"Qarabağ" - "Düdelanj" matçının biletləri sabahdan satışda olacaq

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda Lüksemburq "Düdelanj"ına qarşı keçirəcəyi ev oyununun biletləri noyabrın 19-dan satışa çıxarılacaq.

Unikal.org xəbər verir ki, sabah saat 12:00-dan satışda olacaq biletlərə sektorlar üzrə 2 manat, 5 manat, 10 manat, 50 manat və 75 manat qiymət qoyulub.

Onları "Park Bulvar"dakı "Qarabağ FK" fan-şopu, Tofiq Bəhramov adına Respublika stadionunun kassaları, Gənclik Mall və 28 Mallda "iTicket" satış məntəqələrindən, "ASAN Sumqayıt" və onlayn olaraq iTicket.az-dan almaq mümkündür.

Qeyd edək ki, dekabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:55-də başlanacaq.

Cebhe.info


Oxunma sayı: 529