hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Qarabağ danışıqlarında durğunluq: “Minsk Qrupu iflasa uğrayıb”

Qarabağ danışıqlarında durğunluq: “Minsk Qrupu iflasa uğrayıb”

“ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik fəaliyyətindən imtina edilməlidir”.

Politoloq Nəzakət Məmmədova Azərbaycan Prezidenti İlham Əliyevin telekanallara müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə məşğul olan beynəlxalq vasitəçiləri tənqid etməsini şərh edərkən belə deyib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də son müsahibəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə xarici işlər nazirlərinin görüşlərinin faydasız olduğunu deyib.

Politoloq bildirib ki, Azərbaycan prezidenti xalqın istəyinə uyğun fikirlər səsləndirib:

“Çünki ATƏT-in Minsk Qrupunun 1992-ci ildən bəri Dağlıq Qarabağ münaqişəsini həll etməməsi, yaxud etmək istəməməsi beynəlxalq vasitəçilərə tam etimadsızlıq yaradıb. Minsk Qrupuna etimad sıfır səviyyəsindədir.Həmsədrlər sadəcə olaraq bölgəyə turist kimi səfər edirlər.Nəticədə danışıqlar prosesində heç bir irəliləyiş baş vermir.Bu da təbii ki, Azərbaycan xalqında ictimai narazılıq doğurur.ATƏT-in Minsk Qrupuna inam və ümid tamamilə aradanm qalxıb.Prezident İlham Əliyev də Minsk qrupunun bu fəaliyyətsizliyini tənqid etdi və Azərbaycan xalqının ürəyindən keçən fikirləri bəyan etdi.Əgər ATƏT kimi beynəlxalq təşkilat kiçik bir ölkənin əlində aciz qalırsa, yaxud işğalçı tərəfə öz yerini göstərmək istəmirsə, ona layiqli cavab verilməlidir.Azərbaycan Prezidenti də bu cavabı öz müsahibəsində ifadə etdi”.

N. Məmmədovanın fikrincə, Minsk Qrupu artıq özünün səriştəsizliyi ilə iflasa uğrayıb. Ona görə də öz Minsk Qrupu ilə yola davam etməyin mənası yoxdur:

“Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsini həll edəcək format deyil. Bu həmsədrlik institutu buraxılmalıdır.Minsk Qrupunun fəaliyyətindən imtina edilməlidir.Ermənistana təzyiq mexanizmlərini işə sala biləcək və münaqişənin nizamlanmasına daha ədalətli yanaşan dövlətlərdən ibarət yeni tərkibdə beynəlxalq vasitəçi qurum yaradılmalıdır.Yəni mexanizmlər və tərkib dəyişməlidir.Minsk Qrupu iflasa uğramış bir təşkilat kimi ATƏT-in pronsiplərinə, beynəlxalq hüquqa və Azərbaycan xalqına hörməti varsa, o halda özü özünü buraxmalı idi.Yəni bu işi bacarmadıqlarını etiraf etməli idilər.Bu həm onun öz prinsiplərinə uyğun olardı, həm də məsələyə vicdanlı yanaşma olardı.Lakin görünür, əsas məqsəd problemi həll etmək deyil, münaqişəni siyasi inhisarda saxlamaqdır. Minsk Qrupu faktiki olaraq, kənar dövlətlərin münaqişənin nizamlanmasına müdaxiləsinin qarşısını alır və ABŞ, Rusiya və Fransa həmsədr maskası taxmaqla örtük qurum yaradıblar. Bu ad altında həmsədr ölkələr özlərinin və erməni lobbisinin maraqlarını həyata keçirir, münaqişənin həll olunması üçün çalışmırlar. Məsələn, Prezident İlham Əliyev də qeyd edib ki, ATƏT-in faktaraşdırıcı missiyası sonunci dəfə regionda 10 il əvvəl olub. Nəyə görə belə olmalıdır? Bu 10 il müddətində xeyli sayda əsgərlərimiz, dinc əhali Ermənistanın işğalçı ordusu tərəfindən qətlə yetirilib. Hər bir ölüm faktı araşdırılmalıdır və Ermənistana qarşı cəza tədbiri görmür.ATƏT Ermənistanı özbaşına buraxıb.Ermənistan istədiyi vaxt atəşkəsi pozur.Minsk Qrupu indiyə qədər yalnız işi yerinə yetirib.Həmsdrlər Azərbaycanın əl-qolunu bağlamağa, işğal altındakı ərazilərin güc yolu ilə azad olunmasına imkan verməməyə çalışıb.Nəticədə, Ermənistan işğalçılıq siyasətini davam etdirir, Paşinyan Dağlıq Qarabağa gəlir, Azərbaycan ordusunun mövqeləri atəşə tutulur, qanunsuzluqlara yol verilir və Şuşada qondarma rejim andiçmə tədbiri keçirir.ATƏT isə bunların hamısını görməzdən gəlir və heç bir reaksiya vermir. ATƏT-in Minsk Qrupu yalnız sülh danışıqları adı altında hazırkı status-kvonu saxlamaq, ərazilərin Ermənistanın işğalı altında qalmasını təmin etmək və Azərbaycanın öz torpaqlarını güc yolu ilə azad etməsinə mane olmaqla məşğuldur. Ona görə ATƏT-in vasitəçiliyindən imtina olunmalıdır”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 6370

Bizim Telegram səhifəmizi izləyin