hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.9320
  • NEFT - 43.13
  • clouds-weather

Qarabağ danışıqlarında son durum: “Azərbaycanın hərbi əməliyyat keçirməsi mümkündür” - AÇIQLAMA

Qarabağ danışıqlarında son durum: “Azərbaycanın hərbi əməliyyat keçirməsi mümkündür” - AÇIQLAMA

Ötən gün Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT -in Minsk qrupunun həmsədrləri ilə videokonfrans vasitəsilə Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib. Müzakirədə atəşkəsin qorunması və danışıqların aparılması barədə fikir mübadiləsi aparılıb.

Cebhe. info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib ki, Minsk qrupunun həmsədrləri "Hamının hamıya" prinsipi üzrə əsirlərin dəyişdirilməsi, "Yenilənmiş Madrid prinsipləri" üzrə danışıqların aparılmasını Ermənistana qəbul etdirə bilmir:

“Ermənistan hakimiyyəti iki prinsipdən yayınır və bu da danışıqları mənasız edir. Ermənistan əsirlərin dəyişdirilməsini “separatçıların işidir” deyərək, avantüraya əl atır. Halbuki, Nikol Paşinyan prezident İlham Əliyevə bununla bağlı məşğul olacağını vurğulamışdı. Amma, bir ildən artıqdır ki, Nikol Paşinyan bu məsələdən də geri çəkilib. Həmçinin, rəsmi İrəvan öz təklifi ilə çıxış edərək, separatçıların da prosesdə yer almasını irəli sürmüklə həll prosesini tormozlayır. Minsk qrupunun həmsədrləri bu videokonfrans danışıqları keçirməklə, status-kvonu qoruyur. Əgər, Minsk qrupunun həmsədrləri əsirlərin dəyişdirilməsi və "Yenilənmiş Madrid prinsiplərini" Paşinyan iqtidarına qəbul etdirə bilmirsə, öz fəaliyyətini dayandırmalıdır. Belə olan təqdirdə, rəsmi Bakı təkcə danışıqlara sadiq qalmamalı, hərbi təzyiqlərə əl atmalıdır”.

Politoloq vacib bir məqama da diqqət çəkib. O, ABŞ -ın danışıqlardakı passivliyindən təəssüflənib:

“Görünür, ABŞ -da prezident seçkiləri, Tramp administrasiyasının Yaxın Şərq, Avropa ilə bağlı siyasəti konfliktin həllinə marağı azaldıb. Bu da Rusiyanın daha da güzəştsiz mövqe və status-kvonun qorunması üçün əlindən gələni edəcəyinə zəmin yaradıb. Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin videokonfrans vasitəsilə danışıqları olacaq. Bu danışıqlardan da ciddi bir proses gözlənilmir. Ermənistan hakimiyyəti hazırda daxili siyasi gərginlikdən dolayı cəbhədə atəşkəsin qorunmasında maraqlıdır. Nikol Paşinyana qarşı müxaifətin təzyiqlərinin artdığı bir dönəmdə onun kompromisə gedəcəyi mümkün deyil. Heç əsirlərin dəyişdirilməsinə getməyəcək. Bu danışıqlardan da müsbət dinamika gözlənilmir. Azərbaycan Ermənistan tərəfinə Qarabağa üçüncü yolun çəkilməməsi, Qubadlı və Zəngilanda yaşayış yerlərinin salınmaması barədə ciddi ultimatum verməli və bunun hərbi təzyiqlərlə cavab veriləcəyini vurğulamalıdır”. Politoloqun fikrincə, ümumiyyətlə Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla bu gün apardığı danışıqların nəticələrini elan etməlidir və Ermənistanın mövqeyini qeyd etməlidir: “Azərbaycan XİN bugünki danışıqlarda Ermənistan tərəfinin ərazilərin boşaldılmasında maraqlı olub-olmamasını ictimaiyyətə çatdırmalıdır. Bu ilin axırına kimi münaqişənin həllində Ermənistan tərəfinin addım atması gözlənilmir. Rusiya da prosesdə maraqlı deyil. Azərbaycanın Türkiyə ilə birgə mövqe ortaya qoyması və Araz boyu ərazilərdə hərbi əməliyyat keçirməsi mümkündür. Bununla da separatçıların İranla quru əlaqəsini kəsmək və Ermənistanı güzəştə gətirmək deyil, ərazilərdən çıxarmaq lazımıdır. Azərbaycanın buna getməsi mümkündür. Məhz Azərbaycan ordusunun bu istiqamətdə hazırlığı yüksək səviyyədədir”.

Alçina Amilqızı
Cebhe. info


Oxunma sayı: 9516