hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

Qarabağ işğaldan azad edildi, Ermənistan turistlərdən məhrum qaldı: Şirkətlər hökuməti “dalana dirəyib”

Qarabağ işğaldan azad edildi, Ermənistan turistlərdən məhrum qaldı: Şirkətlər hökuməti “dalana dirəyib”

Azərbaycanın ərazilərinin işğaldan azad etməsi Ermənistana daha bir zərbə vuracaq.

Belə ki, ölkədə taxıl qıtlığı gözənildiyi kimi (Ermənistan taxılının 25 faizini işğal altındakı Qarabağdan təmin edirdi-red.), turizmdən əldə edilən gəlirlər də kəskin azalacaq.

Cebhe.info xəbər verir ki, bu barədə erməni mətbuatı turizm şirkəti rəhbərlərinə istinadən yazıb. Turizm şirkətlərinin rəhbərləri xüsusilə qış turizmindən əldə edilən gəlirlərin kəskin azalacağını bildirərək, minlərlə adamın gəlirdən məhrum olacağını deyir.

"Armlend" şirkətinin rəhbəri Artyom Martirosyanın sözlərinə görə, əgər sərhədlər keçmiş sovet dönəmindəki kimi bərpa olunursa, Sevanın şərqi və Vardenis dağlarının bir hissəsi sərhədyanı bölgələr olacaq: "Həmçinin Zəngəzurda Naxçıvan hissəsi. Bu marşrutlar isə həm yerli, həm də əcnəbi turistlər üçün əsas idi".

O qeyd edib ki, əvvəllər Sünik platosu üzrə 2-3 günlük turist səfərləri marşrutu hazırlanıb və tələbat yüksək olub. İndi isə bu marşrut təhlükə altına düşüb.

Martirosyan bununla bağlı hökumətin iş aparmalı olduğunu bildirib və sərhədlərin demarkasiyası zamanı 10-15 km-lik bufer zonası saxlanılmasını istəyib: "Hökumət də bizim bu narahatlığımızı bölüşür, ancaq heç bir kömək edə bilmir".

Qarabağın işğaldan azad edilməsi ilə Ermənistan həm də böyük turizm potensialını itirib. İşğal illəri əzrində bölgəyə qanunsuz turist səfərləri təşkil edən şirkətlər indi çarəsiz durumdadır. Xüsusilə qış turizmi həm separatçı rejimə, həm də Ermənistana külli miqdarda vəsait qazandırıb:

"Mən bu ərazilərin hər qarışını tanıyıram və bunun itirilməsinin nə demək olduğunu bilirəm. Təhlükəsizilik, iqtisadiyyat və turuzm baxımından böyük itkidir. Kəlbəcər xüsusilə strateji əhəmiyyət daşıyırdı. İndi bütün marşrutları dəyişməli olacağıq.

Bundan sonra turistlər Ermənistana gəlmək istəyəcəklərmi? Bizim ölkəyə bunu bərpa etmək üçün azı 2-3 il lazımdır”.

Xəzər
Cebhe.info


Oxunma sayı: 2608

Bizim Telegram səhifəmizi izləyin