hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

"Qarabağ" italiyalı hücumçu alır? - "Futbolçuya rəsmi müraciətimiz..." - Əmrah Çəlikəl

"Qarabağ" italiyalı hücumçu alır? - "Futbolçuya rəsmi müraciətimiz..." - Əmrah Çəlikəl

İtaliya mətbuatında "Qarabağ"ın "Kyevo" klubunun futbolçusu Manuel Puççarelli ilə maraqlanması ilə bağlı məlumatlar yayılıb.

Bildirilib ki, 29 yaşlı hücumçu ilə danışıqlar davam etdirilir.

İddiaya görə, italiyalı futbolçunun özü də Ağdam klubu ilə anlaşmaq niyyətindədir.

Maraqlıdır, yayılan məlumatlar nə dərəcədə reallığı əks etdirir?

“Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl bu barədə Cebhe.info-ya açıqlamasında bildirib ki, Ağdam klubu bu futbolçu ilə maraqlanmır:

"Hal-hazırda bizim hansısa futbolçuya rəsmi müraciətimiz olmayıb. Ümumiyyətlə, tez-tez buna oxşar xəbərlər çıxır. Ola bilsin, menecerlərin fəaliyyəti ilə bağlıdır. Yəni "Qarabağ" klubu birbaşa belə bir futbolçu ilə maraqlanmayıb".

Naibə
Cebhe.info


Oxunma sayı: 903

Bizim Telegram səhifəmizi izləyin