hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

"Qarabağ" matçını idarə edəcək hakim kimdir? - BİZİM ARAŞDIRMA

"Qarabağ" matçını idarə edəcək hakim kimdir? - BİZİM ARAŞDIRMA

Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının birinci təsnifat mərhələsində qarşılaşacaq "Qarabağ" - "Sileks" oyununu ukraynalı hakimlər briqdası idarə edəcək.

Matçın baş hakimi Yaroslav Kozık olacaq.

İndiyədək ukraynalı hakim hansı Azərbaycan oyunlarını idarə edib?

Cebhe.info-nun araşdırmasına görə, referi peşəkar karyerasına 2013-cü ildən başlayıb. Bu müddət ərzində 28 beynəlxalq matçın ədalət təmsilçisi olub. İdarə etdiyi ümumi qarşılaşmalarda 7 dəfə cərimə zərbəsi təyin edib. Bunlardan 3-ü ev, 4-ü qonaq komanda üçün olub. İndiyədək futbolçulara 110 sarı, 9 qırmızı vərəqə göstərib.

Hakim Azərbaycan üçün də yad bir isim deyil. Belə ki, Y.Kozık 2015/16-cı illər mövsümündə Avropa Liqasının 2-ci təsnifat mərhələsində “İnter" (indiki "Keşlə") - “Hafnarfyordur” oyununu idarə edib. 120 dəqiqəlik matç 2:2 hesabı ilə başa çatıb. Matçda referi rəqib komandaya 5, Azərbaycan təmsilçisinə 2 sarı vərəqə verməklə ümumilikdə 7 dəfə futbolçuları cəzalandırıb.

2016/2017-ci illər mövsümündə isə hakim "Neftçi" - "Balzan" qarşılaşmasında ədalət təmsilçisi olub. Avropa Liqasının 1-cı təsnifat mərhələsində “Neftçi” doğma meydanda Maltanın “Balzan” klubu ilə üz-üzə gəlib və 1:2 hesabı ilə uduzub. Qarşılaşmada hakim 10 dəfə əlini cibinə atıb. Qırmızı kart göstərilməsə də, 3 dəfə Azərbaycan, 7 dəfə Malta klubuna sarı vərəqə göstərilib.

Lakin komandalarımız mərhələ adlamağı bacarıb.

Xatırladaq ki, "Qarabağ" - "Sileks" matçı 18 avqust saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Pandemiya səbəbilə oyun azarkeşlərsiz keçiriləcək.

Naibə
Cebhe.info


Oxunma sayı: 804