hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Qarabağ müharibəsində Putinin Tacikistan kartı

Qarabağ müharibəsində Putinin Tacikistan kartı

"Vladimir Putin indiyədək münaqişənin həllində heç bir rolu olmayan Tacikistanın prezidenti İmaməli Rəhmana zəng edib "Qarabağ münaqişəsinin həlli yollarını" onunla müzakirə eləyib. Belə təsəvvür yaranır ki, söhbət dağlıq şəraitə uyğun hərbi təlim keçmiş Tacikistan silahlı qüvvələrinin məhdud kontingentinin KTMT-nin sülhməramlı hərbi bölmələri tərkibində münaqişə zonasına cəlb olunması perspektivindən gedib"

Cebhe.info xəbər verir ki, bunu Prezident Yanında Strateji Araşdırmalar Mərkəzinin(SAM) elmi işçisi Araz Qurbanov deyib.

O qeyd edib ki, maraqlı məsələlərdən biri də Türkiyə mallarının Tacikistana gətirilməsinə məhdudiyyət qoyulmasıdır:

" Əgər bu qənaət doğrudursa, Putinin ehtimalına görə bu plan həm Ermənistanı (Tacikistanın Rusiya və İranla sıx əməkdaşlığı, Türkiyəyə soyuq münasibəti), həm də Azərbaycanı (yalnız Tacikistanın müsəlman dövləti olması) qane etməli idi.

Qazaxıstanın və Belarusun bu əməliyyatda iştirak ehtimalı azdır. Özbəkistan 2012-ci ildə KTMT-ni tərk edib. Qırğızıstanın başı öz daxili problemlərinə qarışsa da, Rusiyanın şirnikləndirici təklifləri əsasında bu təşəbbüsə qoşulması istisna edilmir.

Diqqətçəkən məqam isə Mərkəzi Asiyanın Makronu olan İmaməli Rəhmanın qərarı ilə Türkiyə istehsalı olan malların Tacikistana gətirilməsinə məhdudiyyət qoyulmasıdır..."

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 1882

Bizim Telegram səhifəmizi izləyin