hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Qarabağ qaziləri evsizlikdən şikayətləndi: Nazirlik cavab hazırladı

Qarabağ qaziləri evsizlikdən şikayətləndi: Nazirlik cavab hazırladı

Mətbuatda bir neçə Qarabağ qazisinin şikayəti əsasında “DSMF-in direktor müavininin məhkəmə özbaşınalığı” başlıqlı məlumat yayımlanıb.

Cebhe.info xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov məsələyə münasibət bildirib:

“Şikayətçilərin mənzillə təmin olunmamaları barədə bildiririk ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamında yaşayış sahəsinə ehtiyacı olan qismində 01.01.2014-cü il tarixədək uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulub. Göstərilənlərə əsasən müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələsi növbəlilik qaydasında tənzimlənir.

Yazıda sözügedən sığorta şirkətinin hesabına köçürülən 50% müavinət məbləği Azərbaycan Respublikasının “İcra haqqında” Qanununa əsasən tənzimlənir. Bu qanunun 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əməkhaqqından və ona bərabər sayılan digər gəlirlərindən tutulmaların məbləği 50%-dən çox ola bilməz.

Qarabağ müharibəsi əlillərinin xaricdə müalicəyə göndərilməməsi ilə bağlı bildiririk ki, Səhiyyə Nazirliyinin “Vətəndaşların respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə Komissiyası”nın rəyi əsasında vətəndaşların müalicəyə göndərilməsinə köməklik məqsədilə nazirliyin müvafiq komissiyasının qərarı ilə yol xərcinin ödənilməsi üçün vəsait ayrılmasına baxıla bilər”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1607