hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

"Qarabağ” 100 minlik cərimə ilə razılaşmır: “Nurlan özü də etiraz edəcək” - DİREKTOR

"Qarabağ” 100 minlik cərimə ilə razılaşmır: “Nurlan özü də etiraz edəcək” - DİREKTOR

Xəbər verdiyimiz kimi, "Qarabağ" klubunun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun futbol sahəsində fəaliyyətinə UEFA tərəfindən ömürlük qadağa qoyulub.

Eyni zamanda, “Qarabağ” klubu 100.000 avro cərimə ödəyəcək.

Maraqlıdır ki, "Qarabağ" cəzanın yüngülləşdirilməsi və cərimənin azaldılması ilə bağlı UEFA-ya müraciət edibmi?

Klubun direktoru Emrah Çelikel Cebhe.info-ya açıqlamasında bildirib ki, klub hazırda bunun üzərində işləyir:

"Nurlan bəyin özü bununla bağlı müraciət edəcək. Bu barədə biz onunla danışırıq. Cərimə məsələsi ilə bağlı da bizim etirazımız olacaq. Bunun üzərində işləyirik. Türkiyədən hələ 10-15 dəqiqə olar ki, gəlmişik. Biz Elxan Məmmədovla bərabər idik. AFFA da bizə bu barədə kömək edəcək. Bu məsələ üzərində bərabər işləyəcək, birgə mübarizə aparacağıq".

Naibə
Cebhe.info


Oxunma sayı: 958

Bizim Telegram səhifəmizi izləyin