hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

"Qarabağ" üçün ən rahat rəqib "Makkabi"dir" - Aslan Kərimov

"Qarabağ" üçün ən rahat rəqib "Makkabi"dir" - Aslan Kərimov

Xəbər verdiyimiz kimi, “Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq.

Ağdam klubu səfərdə “Makkabi” ilə (İsrail) qarşılaşacaq.

"Qarabağ"ın sabiq kapitanı, futbol eksperti Aslan Kərimov Cebhe.info-ya açıqlamasında matç barədə təxminlərindən danışıb.

O bildirib ki, oyun "Qarabağ"ın qələbəsi ilə bitə bilər:

"Oyundan gözləntilərim müsbətdir. Sözsüz ki, Avropa Liqasının bu mərhələsində hansısa komandaya artıq zəif rəqib demək olmazdı. Amma ümumi nisbəti götürsək, hesab edirəm ki, "Qarabağ" üçün ən rahat rəqiblərdən biri "Makkabi"dir. Çünki bildiyim qədərilə məşqçi problemləri də var. Bu baxımdan da hesab edirəm ki, "Qarabağ" müsbət nəticə əldə edə bilər. Düzdür, çətin oyun olacaq, amma qələbə qazana bilərlər. Ən azı, heç-heçə də mümkündür.

"Makkabi" evdə oynadığı üçün daha çox hücumameyilli olacaq. Belə olan halda "Qarabağ"a əks hücumlara çıxmaq üçün imkanlar yaranacaq. Romero da zədəsini sağaldıb, Mahir də böyük ehtimal bu oyunda iştirak etdirəcək. Cinahdakı sürətli oyunçuları götürəsi olsaq, komandamız boşluqlardan yaxşı istifadə edə bilər. Həm Romero, həm də Zubir texniki baxımdan rəqiblərini üstələyə bilər. Dolayı yolla əks-hücumlara çıxmaq üçün "Qarabağ"a əlverişli şərait olacaq. Qol imkanları da 100 faiz olacaq. Burada da futbolçuların ustalıq səviyyəsi böyük rol oynayacaq".

O, Qarabağda müharibənin davam etdiyi üçün Ağdam komandasının ev oyunlarının neytral zonada keçirilməsinə də münasibət bildirib (Qeyd: UEFA tərəfindən "Qarabağ"a 3 ölkə təklif olun Macarıstan,Polşa və Kipr. COVID-19 görə neytral meydanda keçiriləcək oyunların öncədən bu ölkələrdə keçirilməsi təsdiqlənib):

"Mənim üçün Türkiyə daha sərfəli olardı. Amma bunların arasında Türkiyə yoxdur. Hesab edirəm ki, Kipr məsələsinin üzərində dura bilərlər. "Qarabağ"ın soyuq yerdə oynamaqları onlar üçün çətin olar. İqlim şəraitinə görə Kipr daha uyğun gələcək. Noyabr ayında Kiprdə futbol havası olur - 21, 22 dərəcə isti olur. Bu da "Qarabağ" üçün əlverişli olur. Üstəlik, milli komandamız da ev oyunlarını Kiprdə keçirdiyi üçün hansısa danışıqlar yəqin ki olub - təhlükəsizlik, maddi, komandanın qəbul edilməsi kimi danışıqlar edilə bilər".

Qeyd edək ki, matç Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Naibə
Cebhe.info


Oxunma sayı: 760

Bizim Telegram səhifəmizi izləyin