hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 1.9208
  • NEFT - 70.55
  • clouds-weather

"Qarabağ" və "Neftçi" klubları cərimələnib

"Qarabağ" və "Neftçi" klubları cərimələnib

AFFA İntizam Komitəsi "Qarabağ" və "Neftçi" klublarını cərimə edib.

Cebhe.info-nun məlumatına görə, səbəb kimi hər iki komandanın Azərbaycan Premyer Liqasının XI turunda keçirdiyi ev oyunlarında azarkeşlərin davranışları göstərilib.

"Qarabağ"ın "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmadan sonra meydana fanat daxil olub. Bu səbəbdən, Ağdam təmsilçisi 1 600 manat cərimələnib.

Eyni hal "Neftçi"nin "Sabah"a 1:2 hesabı ilə uduzduğu görüşdə də təkrarlanıb. Oyun zamanı isə flaqman fanatları meydana kənar əşyalar atıblar. Nəticədə "ağ-qaralar" hər iki olayla əlaqədar ümumilikdə 3 200 manat ziyana düşüblər.

Cebhe.info


Oxunma sayı: 518