hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Qarabağa erməni köçü: “Onların bu niyyətini ifşa etməliyik” - Əli Cəfərov

Qarabağa erməni köçü: “Onların bu niyyətini ifşa etməliyik” - Əli Cəfərov

Livanda törədilən partlayış hadisəsindən sonra bədnam qonşularımızın əlinə növbəti fürsət düşüb.

Belə ki, onlar bu ölkədə yaşayan erməniləri Dağlıq Qarabağa, konkret olaraq Şuşa şəhərinə köçürməyə başlayıblar. Son günlər ölkəmizin bir sıra siyasətçiləri, politoloqları bu məsələni vaxtaşırı müzakirəyə çıxarırlar.

Təbii ki, yanaşmalar müxtəlifdi, hərə bu prosesi öz gördüyü rakursdan dəyərləndirir. Köç prosesinə Demokratik İslahatlar Partiyasının (DİP) funksioneri, Əli Cəfərovun münasibətini öyrəndik.

Əli Cəfərov son vaxtlar bölgədə siyasi və hərbi hərəkətliliyin səbəblərinə toxunub.

-Əli bəy, nə baş verir? Erməniləri fəallaşmasının səbəbi nədir?

- Dağlıq Qarabağda etnik təmizləməni sona çatdırdıqlarından ermənilər tarixən apardıqları bu prosesi daha rahat şəkildə həyata keçirə bilirlər. Belə demək mümkünsə, onların “əl-qolu geniş açılıb”.

Hətta bilirsiniz ki, narkotik bitkilərə qədər əkib-becərə bilirlər. Bir növ ortada sahibsiz kimi qalmış torpaqlarda nə hoqqalardan çıxırlar, bax, əslində dünya, beynəlxalq qurumlar elə bu məsələlərin üstünə gəlməli, onlardan hesabat tələb etməlidirlər. Bütün dünyaya o nəzarətsiz torpaqlardan “ağ ölüm” yayan ermənilər cəzasız qaldıqca artıq bildiyimiz kimi bu əraziyə insan axınını da həyata keçirirlər.

- Hazırda Livandakı partlayışdan istifadə edən ermənilərin öz livanlı soydaşlarını Şuşaya köçürdüyü bildirilir. Daha doğrusu, bu, artıq faktdır...

- Bəli, eyni proseslərin davamıdır bu. Əgər Qarabağ düyününün çözülməsi prosesi bir qədər də uzanacaqsa, sizi inandırıram ki, Livandan gətirilmiş o erməniləri belə yerli əhali kimi təqdim etməyə çalışacaqlar. Bu, ermənilərin şakəridir. Özü də tək Livandan deyil, son illərdə dağıdılıb viran qoyulan Suriyadan da onlar erməniləri Dağlıq Qarabağa gətiriblər. Çünki bu ölkədə də xeyli sayda ermənilər yaşayırlar. Onları da guya təhlükəsiz məkana gətirmək adı altında Şuşaya və Dağlıq Qarabağın digər yaşayış məskənlərinə yerləşdiriblər. Məqsədsə qeyd etdiyimiz kimi eynidir. Əhalinin say tərkibini artırmaq və dünyaya guya burada tarixdən üzü bəri ermənilərin yaşarığını sübut etmək istəyirlər. Artıq bu variantdan kifayət qədər istifadə etdiklərindən hələ də dişlərində şirə qalıb.

- Bu prosesləri önləmək üçün Azərbaycan dövləti hansı addımları atmalıdır?

- İqtidarlı-müxalifətli, QHT-li, sıravi vətəndaşlarımıza qədər birləşib torpaqlarımızı azad etməliyik. Əsas düşüncəmiz bu istiqaməti götürməlidir. Amma indiki zamanda bunu hələ arxa planda saxlayırıqsa, o zaman konkret faktlar əsasında ermənilərin bu mənfur niyyətini də dünya qarşısında ifşa etməliyik. Bütün mümkün vasitələrdən, o cümlədən informasiya müharibəsindən yararlanmaqla onların bu qeyri-dünyəvi davranışını dünyaya çatdırmalıyıq. Həm də ona görə ki, sabah biz torpaqlarımız uğrunda savaşa qalxanda dünya bizim haqlı tərəf olduğumuzu daha “yalançı müzakirələrə” belə çıxarıb zamanımızı və qarşımızı almasın.

Aydın Turan
Cebhe.info


Oxunma sayı: 12079

Bizim Telegram səhifəmizi izləyin