hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

Qarabağa görə həbs edilmiş güneyli fəal azadlığa çıxdı

Qarabağa görə həbs edilmiş güneyli fəal azadlığa çıxdı

Azərbaycan ordusuna dəstək aksiyaları zamanı həbs edilmiş güneyli milli fəal Seyid Rza Nuri azad edilib. GAMOH-dan Cebhe.info-ya daxil olan məlumata görə, Parsabad şəhərində yaşayan azərbaycanlı milli-mədəni fəal Seyid Rza Seyid Nuri əleyhinə irəli sürülmüş ittihamlardan bəraət alıb.

Mürtəza Cəlili Fərdin sədrliyi ilə keçən məhkəmədə milli-mədəni fəala qarşı irəli sürülən “sistemə qarşı təbliğat”, “İran İslam Cumhuriyyətinin banisini aşağılamaq” və “rəhbəri təhqir etmək” ittihamlarını ləğv edilib.

Qeyd edək ki, Seyid Rza Seyid Nuri 2020-ci il oktyabrın 18-də Nurduz gömrüyünün bağlanması tələbi və İranın Ermənistana silah və texnika yardımına qarşı keçirilən aksiyada həbs olunub. O, bir gün sonra 70 milyon tümən vəsiqə qarşılığında məhkəmə işinin yekunlaşmasına qədər müvəqqəti azadlığa buraxılıb.

Aydın
Cebhe.info


Oxunma sayı: 848