hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Qarabağa kitab göndərmək istəyənlər: Bura müraciət edin

Qarabağa kitab göndərmək istəyənlər: Bura müraciət edin

“Şuşa kitabxanasına kitab hədiyyəsi barəsində statusdan sonra Axundzadə adına Milli Kitabxananın direktoru professor Kərim Tahirovla telefon söhbətimiz oldu. Bu barədə keçən ilin noyabr-dekabr aylarında da bir neçə dəfə danışmışdıq. Kərim müəllim erməni işğalına uğramış şəhər və kəndlərimizdəki kitabxanaların kitab fondunu bərpa etmək üçün artıq belə bir aksiyanın başlandığını dedi”.

Cebhe.info xəbər verir ki, bunu Azərbaycanın Macarıstandakı səfiri, sabiq Xarici İşlər naziri Vilayət Quliyev deyib. V.Quliyev deyib ki, kiril, yaxud latın qrafikasında, Azərbaycan dilində və xarici dillərdə ədəbi-bədii, ictimai-siyasi, elmi və digər kitablar qəbul olunur:

“Erməni vandallarının yandırıb-dağıtdığı kitabxanalarımızı ümumxalq səyi ilə bərpa edək!”

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1585