hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Qarabağda dron müharibəsi: Metalloma çevrilmiş döyüş texnikaları

Qarabağda dron müharibəsi: Metalloma çevrilmiş döyüş texnikaları

"Biz adətən rəqəmsal transformasiyanın təsirlərindən danışanda mülki həyata diqqət yönəldirdik. Belə görünür ki, rəqəmsal transformasiya hərb sahəsini də kökündən dəyişməkdədir. Mülki həyatda bəzi ixtisaslar tarixə qovuşduğu kimi, hərb dünyasında da görünür ki, bu vəziyyət qaçınılmazdı".

Cebhe.info xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O bildirib ki, dəyəri 100 min $ olan bir dronla dəyəri 5 milyon $ olan bir tank, məsələn, “T-90” bir anda məhv edilir:

"Cəmi 5-10 kq partladıcı daşıya bilən dron kifayətdir ki, tonlarla çəkiyə malik tankı bir anda metalloma çevirsin. Eyni bir mərkəzdən, əsasən süni intellekt tətbiqiylə idarə olunan, bir tankın qiymətində olan dron sürüsü ilə bir anda 50 tank məhv edilə bilir.

Bu, dəhşətli rəqəmdir. Belə olan halda sual yaranır ki, gələcək hərbi strategiyada tank birləşmələri və ya bu kimi strukturlar saxlamaq, buraya vəsaitlər yatırmaq nə dərəcədə effektivdir?

Hazırda bizim Böyük Vətən müharibəmizdə tətbiq olunan hərbi modellər onu göstərir ki, məsələn, artıq hərbidə tankist (tankçı) peşəsi də arxivə qovuşmalı olacaq.

Onun yerini, əvvəlki paylaşımda qeyd etdiyim kimi, məsələn, "dron operatoru" tutacaq.

Eyni zamanda dəyəri 5 milyon olan dronla, tutaq ki, dəyəri 115 milyon olan “S-300” və ya dəyəri yüz milyonlarla olan ballistik raketlər məhv edilə bilir".

O deyib ki, ermənilərin yüzlərlə tanklarının və bütün zenit sisteminin məhv edilməsi məhz Ali rəhbərlik tərəfindən bizim hərbi strategiyanın zamanında, uzaqgörənliklə düzgün hazırlandığının göstəricisidir:

"Ümumiyyətlə, belə görünür ki, bizim Böyük Vətən müharibəsi, 2-ci Qarabağ savaşmızında tətbiq edilən taktika və strategiya, tətbiq edilən hərbi texnologiyalar digər dövlətlərə öz hərbi konsepsiyalarına yenidən baxmağa məcbur edəcək.

Müharibədə baş verənlər bir daha onu göstərdi ki, Ali Baş Komandan tərəfindən illər öncə həm İsrail ilə birgə yerli dronların istehsalına başlanması və həm də vəsaitlərin məhz ən müasir dronların və digər hərbi texnologiyaların alınmasına yönləndirilməsidoğru strategiya olub".

Naibə
Cebhe.info


Oxunma sayı: 1959

Bizim Telegram səhifəmizi izləyin