hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Qarabağda radio kanalını kim açır?-Qalib məlumdur

Qarabağda radio kanalını kim açır?-Qalib məlumdur

Aprelin 7-də Milli Televiziya və Radio Şurasının iclası keçirilib.

MTRŞ-dan verilən məlumata görə, iclasda işğaldan azad olunmuş ərazilərdə radio yayımın təşkili məsələləri müzakirə olunub, Qarabağda yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə 10 fevral 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixədək elan olunmuş müsabiqənin nəticələri açıqlanıb.

Müsabiqə çərçivəsində 7 iddiaçı Şuraya sənədlərini təqdim edib:

"Real Təhlil İnformasiya Mərkəzi" MMC;

"Caspian İnternational Broadcasting Company" MMC;

"Balans Studiyası" MMC;

"İNS ÇM" MMC;

"İsti Press" MMC;

"Azad Azərbaycan" Müstəqil Teleradio kompaniyası;

"ARB 24" MMC.

Geniş müzakirələrdən sonra digər iddiaçılarla müqayisədə müxtəlif dillərdə yayım aparmaq üçün üstün imkanlara, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan "Caspian İnternational Broadcasting Company" Məhdud Məsuliyyətli Cəmiyyətinin ("CBC FM" radio kanalı) müsabiqənin qalibi elan olunması barədə qərar qəbul olunub.

Cebhe.info


Oxunma sayı: 551