hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Qarabağdakı 15 mədəndən 13-ü Azərbaycanın nəzarətinə keçib: “Təcili olaraq Azərbaycanla danışıq olmasa…”

Qarabağdakı 15 mədəndən 13-ü Azərbaycanın nəzarətinə keçib: “Təcili olaraq Azərbaycanla danışıq olmasa…”

10 noyabrda imzalanan üçtərfli bəyanatdan sonra Qarabağdakı 15 mədəndən 13-ü Azərbaycanın nəzarətinə keçib.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı Suren Parsyan deyib. Onun sözlərinə görə, Ağdərə rayonundakı Kaşen qızıl yataqı qondarma rejimin "büdcəsinin" böyük hissəsini formalaşdırırdı, indi isə artıq mədənlərdən istifadə mümkün olmayacaq.

İqtisadçı bildirib ki, Drmbon qızıl yatağını istismar edən şirkət suyu Ağdərə rayonundakı Yeni Marağa kəndindən götürüb. İndi isə bu kənd digər 6 kəndlə bərabər Azərbaycanın nəzarətindədir: "Şirkət nasos stansiyasını ərazidən çıxartsa da, indi altenrativ su mənbəyi yoxdur. Əgər "Qarabağ rəhbərliyi" Azərbaycan tərəfi ilə danışıq aparıb su təminatını məsələsini həll etməsə, qalan mədənin də istismarı mümkün olmayacaq. Su təminatı üçün altenrativ mənbə tapılması zaman itkisidir. Bunun üçün azı-7-8 ay tələb olunur”.
Xəzər
Cebhe.info


Oxunma sayı: 3191

Bizim Telegram səhifəmizi izləyin