hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Qarabağdakı erməni əsgərlərinin valideynləri Paşinyana ultimatum verdi: “Sənə iki gün möhlət...”

Qarabağdakı erməni əsgərlərinin valideynləri Paşinyana ultimatum verdi: “Sənə iki gün möhlət...”

Qarabağdakı erməni əsgərlərinin valideynləri Baş nazir Nikol Paşinyana iki gün möhlət verib. Bu müddət ərzində əsgərlər Qarabağdan Ermənistana gətirilməyəcəyi təqdirdə başqa tədbirlərə əl atacaqlarını bildiriblər.

Cebhe.info xəbər verir ki, əsgər valideynləri bu gün İrəvanda hökumət binası qarşısında toplaşaraq aksiya keçiriblər. Onlar dünən Nikol Paşinyanla görüşün nəticəsindən razı qalmayıblar.

İki gün ərzində Nikol Paşinyan tələbləri yerinə yetirməli və İctimai Televiziyanın efirində onların suallarına cavab verməlidir: "Əks təqdirdə biz Ermənistanın maraqlarına xidmət etməyən tədbirlərə əl atacağıq".

Xatırladaq ki, əsgər valideynləri övladlarının Qarabağda hərbi xidmət keçməsinə qarşıdır.
Xəzər
Cebhe.info


Oxunma sayı: 3378

Bizim Telegram səhifəmizi izləyin