hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

Qarabağdakı erməni ordusunun sabiq komandanı: “Azərbaycan ordusu 3 istiqamətdə irəliləyirdi, Füzuliyə toplaşdıq ki...”

Qarabağdakı erməni ordusunun sabiq komandanı: “Azərbaycan ordusu 3 istiqamətdə irəliləyirdi, Füzuliyə toplaşdıq ki...”

"Müharibə günlərində cənub istiqamətinə getməli olan 22 tankdan ancaq 2-si ora getdi. Qalan 20 tank yolda qaldı. Sonra məlum oldu ki, onlar heç də nasaz olmayıb".

Cebhe.info xəbər verir ki, bunu qondarma "QDR"-in “Təhlükəsizlik Şurası”nın sabiq “katibi”, erməni silahı birləşmələrinin sabiq komandanı Samvel Babayan deyib.

Babayan müharibə günlərində cənub istiqamətində hazırlanan hücum əməliyyatı barədə suala cavabında belə deyib. Samvel Babayan qeyd edib ki, əməliyyat ideyası 5-6 oktyabrda irəli sürülüb, ancaq o zaman azərbaycanlı ordusu artıq Cəbrayıl istiqamətində irəliləmişdi:

“Azərbaycan ordusunun ikinci qanadı isə artıq Hadrutda idi. Üçüncü qanad Xudafərin istiqamətində irəliləyirdi”.

Babayan bildirib ki, daha sonra Nikol Paşinyan Onik Qasparyanla əlaqə yaradıb və hücum əməliyyatı müzakirə olunub:

"Mən dedim ki, bu ərazidə Azərbaycan ordusunun qarşısını saxlaya bilməsək, müdafiəni təşkil edə bilməsək, yeganə çıxış yolu bu əməliyyat olacaq. Onik Qasparyan dedi ki, bu istiqamətdə düşməni dayandırmaq üçün resursumuz yoxdur. Söhbət Lələ Təpədən yox, Horadiz istiqamətində hücum cəhdindən gedirdi. 1993-cü ildə erməni ordusu Horadizdə əməliyyat keçirib. O zaman Azərbaycan ordusunu mühasirəyə almaq və onları İran sərhədinə sıxışdırmaq mümkün olmuşu. Bu təklifi Cəlal Arutunyan (Ermənistanın sabiq müdafiə naziri) və Onik Qasparyan da qəbul etdi. Hücum əməliyyatı barədə qərar qəbul olundu. 2 briqada ayrıldı və əməliyyatı öz rezervləri hesabına aparmaq tapşırıldı. 6 oktyabrda erməni ordusunun komandanı kimi əraziyə getdim. 7 oktyabrda əməliyyat başladı. Ordunun bütün komandanlığı Füzulidə komanda məntəqəsindən onu idarə edirdi".

Sabiq "katib" iddia edib ki, əməliyyat zamanı Azərbaycan ordusunun müdafiəsini yarmaq mümkün olub, ancaq hücum əməliyyatında iştirak edən tank və motoatıcı briqada dayanıb: "Cəlal Arutunyan Füzulidə qərargaha gəldi, bildirdi ki, Azərbaycan ordusu 3-4 saat bizim nə etdiymizi anlamayıb. Tank birqadası öz vəzifəsini demək olar ki, yerinə yetirib. 8 oktyabrda əməliyyatı davam etdirmək qərara alındı. Ancaq nə oldusa, zabitlər əməliyyatda iştirakdan imtina etdilər. Məsələn, motoatıcı briqadanın komandiri yaralı idi, komandanlığı müavininə həvalə etdi, o isə qəti şəkildə qoşunları hərəkət etdirməkdən imtina etdi. Ora getməli olan 23 tankdan ancaq 2-si çatdı. 21 tank yolda dayandı".

Babayan əməliyyat zamanı erməni ordusunun çox sayda itki verməsi barədə xəbərlərə də toxunub. İddia edib ki, 7 oktyabrda biri tank briqadasının komandiri olmaqla 2 nəfər ölüb, 10 nəfər yaralanıb. Tank briqadası ümumilikdə müharibə zamanı 40 nəfər itki verib, motoatıcı briqadadan isə ölən 50 nəfər olub.

Müharibədə məğlubiyətin səbəbinə gəlincə, Babayan bildirib ki, Ermənistan hakimyyəti ordu quruculuğu ilə məşğul olmayıb:

“Onlar hesab ediblər kü, supergüclər müharibəyə imkan verməzlər. Ancaq Azərbaycan müharibəyə hazırlaşıb və danışıqlar yolu ilə zaman qazanıb”.

Xəzər
Cebhe.info


Oxunma sayı: 9032