hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 1.9208
  • NEFT - 70.55
  • clouds-weather

Qarabağın bərpası ilə bağlı planın hazırlanması başa çatmaq üzrədir

Qarabağın bərpası ilə bağlı planın hazırlanması başa çatmaq üzrədir

"Azərbaycanın işğaldan azad edilən ərazilərində yenidənqurma və bərpa işləri ilə bağlı ümumi plan hazırlanır və başa çatmaq üzrədir".

Cebhe.info "Report"a istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Ağdam, Füzuli, Cəbrayıl və Şuşanın baş planının hazırlanması davam edir: "Zəngilan, Kəlbəcər, Qubadlı və sonrakı mərhələdə Laçın rayonları geniş şəkildə layihələndiriləcək. Bu işlər Komitə tərəfindən sistemli şəkildə aparılır".

Cebhe.info


Oxunma sayı: 947