Qaşqay türklərindən İrana TƏLƏB

Qaşqayın türk fəaları İran hökumətinə tələb rləi sürüb. GAMOH-dan Cebhe.info-ya daxil olan məlumata görə, fəallar Qaşqay ostanının yaradılmasını tələb edib. Fəalla bununla bağlı kampaniyaya başlayıblar.
Tələbə əsasən İran hökuməti ölkənin cənubundakı geniş Qaşqay bölgələrinə Qaşqay əyaləti adını verməlidir.
Bu kampaniya üçün tələb olunan imza sayı toplandıqdan sonra İran Prezidentinə, İran parlamentinin spikerinə və Daxili İşlər nazirinə göndəriləcək. Kampaniya 17 oktyabrda başladılıb və 17 dekabr tarixinədək davam edəcək.
Qeyd edək ki, İrandakı Qaşqay türklərinin dəqiq sayı rəsmi olaraq açıqlanmır. Ancaq onların sayının 3 milyona yaxın olduğu təxmin edilir.
Cebhe.info
Oxunma sayı: 1695
Bizim Telegram səhifəmizi izləyin